Ölkədə dollar ajiotajı davam edir: dollar 3 manat olacaq

Оставьте комментарий

12.01.2016 от Admin

12548833_10154011874924734_1358636532399466533_nAzərbaycan bankları şöbələrindən və filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrini bağlayırlar. Trend-in məlumatına görə, belə göstəriş valyutadəyişmə məntəqələrinə dünən elə bankların rəhbərlikləri tərəfindən daxil olub.

Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir Ismayılov Trend-ə bildirib ki, bankın Idarə Heyəti dünəndən ölkə üzrə öz valyutadəyişmə məntəqələrini bağlamaq barədə qərar qəbul edib: “Bu gün (dünən-red) valyutadəyişməməntəqələrimizi bağlamaq barədə qərar qəbul etdik, çünki onların fəaliyyəti rentabelli deyildi. Bizim ölkə üzrə – Bakı, Xırdalan və digər şəhər və bölgələrdə – xeyli sayda valyutadəyişmə məntəqəmiz olub. Lakin onların fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun hesab etmədik”.

N.Ismayılov qeyd edib ki, bankın ümumilikdə ölkə üzrə 48 valyutadəyişməməntəqəsi olub.

Müşahidə Şurasının sədri, həmçinin əlavə edib ki, bundan sonra valyuta mübadiləsi yalnız bankın ümumi sayı 58 olan (39 filial və 19 şöbə) filial və şöbələrindəaparılacaq.

AGBank” və “TuranBank”ın da valyutadəyişmə məntəqələri bağlanacaq.

TuranBank”ın Bakı şəhəri, Rəsul Rza küçəsi, 8 ünvanında yerləşən iri valyutadəyişmə məntəqəsinin rəhbəri Trend-ə bildirib ki, dünən “TuranBank”ın filialının rəhbərliyindən valyutadəyişmə məntəqəsinin bağlanması haqqında göstəriş daxil olub: “Bu gün (dünən-red) bankdan zəng edərək dedilər ki, ştampları qaytaraq, lövhəni çıxaraq və valyutadəyişmə məntəqəsini bağlayaq. Bu qərarın səbəbləri barədə mənə məlumat vermədilər”.

Qara bazar”da canlanma

Bundan başqa Bakıda valyuta satışı məhdudlaşdırılıb. Daha dəqiq desək adambaşına 300-500 dollar/avro satışına icazə verilir. Bu qərardan “qara bazar” yenidən canlanmağa başlayıb. Contact.com-un məlumatına görə, hazırda qeyri-qanuni “exchange”lər 1 dolları 1,9-2 manata, 1 avronu isə 2,1 manata satırlar. Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələrinə görə isə, 1 dollar 1,5642 manata, 1 avro isə 1,7072 manata bərabərdir. Xarici valyuta bu qiymətlərdən 4 faiz kənarlaşma iləsatıla bilər.

Dövriyyədə olan nağd pulun həcmi ikiqat azalıb

Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 47,62 faiz və ya 5 mlrd. 217,6 mln. manat azalaraq 5 mlrd. 738,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) APA-ya verilən məlumata görə, təkcənoyabr ayında dövriyyədə olan nağd pulların həcmi 256,8 mln. manat və ya 4,28 faiz azalıb.

Qeyd edək ki, dövriyyədə olan nağd pulların həcminin azalması prosesi 2014-cü ilin avqust ayından başlayıb. Həmin vaxtdan indiyədək yalnız 2015-ci ilin may ayında bu göstərici üzrə artım qeydə alınıb. Ümumiyyətlə, 2014-cü ilin avqustundan 2015-ci ilin noyabr ayına qədər dövriyyədə olan nağd pulların həcmi 5 396,3 mln. manat vəya 1,94 dəfə azalıb.

Banklardakı manat əmanətlərində rekord azalma

Azərbaycanda manatda əmanətlər son 6 ilin ən aşağı səviyyəsinə düşüb. Manatda yerləşdirilən əmanətlər, manatda kreditlərin verilməsi üçün kommersiya banklarının birinci resursudur.

Mərkəzi Bankın məlumatına görə, 2015-ci ilin noyabr ayının sonuna olan məlumata görə, banklarda manat əmanətlərinin məbləği 1 milyard 669,1 milyon manat təşkil edib. Sonucu dəfə banklarda bu səviyyədə manat əmanəti 2010-cu ildə qeydəalınmışdı.

Təkcə noyabr ayında banklarda manatda olan əmanətlər 54,7 milyon manat azalıb.

Banklarda xarici valyutada (əsasən dollarda) olan əmanətlər isə 5 milyard 420,5 milyon manat məbləğində olub. Bu, cəmi 7 milyard 89,5 milyon manat olan əhalininəmanətlərinin 76,5%-nə bərabərdir. Noyabrda xarici valyutada olan əmanətlər 28,6 milyon manat azalıb. Ötən ilin Yanvar ayının sonunda cəmi məbləği 2 milyard 845 milyon manat olan xarici valyutadakı əmanətlər Sentyabr ayında 5 milyard 534 milyon manata qalxmışdı.

Ümumiyyətlə, əhali banklardakı əmanətlərini geri götürməkdə davam edir. Noyabrda əhalinin banklardakı əmanəttləri 83,4 milyon manat və ya 1,2 faiz azalaraq 7 milyard 89,5 milyon manata düşüb. Fevralın sonunda banklarda əhalinin əmanətləri 7 milyard 932,7 milyon manat məbləğində idi.

Banklardakı fiziki şəxslərin əmanətlərinin 6 milyard 209,9 milyon manatı (87,5 faizi) rezidentlərə, 879,6 milyon manatı qeyri-rezidentlərə məxsusdur.

Qeyri-rezidentlər (xaricilər) 879,6 milyon manat olan əmanətin 846,5 milyon manatını xarici valyutada, 33,1 milyon manatını Manatda banklara yatırıblar.Prognoz ayin axrina dollar 3 manat olacaq.

Оставьте комментарий