Heç kəsə sirr deyil ki, hakimiyyət öz genetik irsinə sadiq olaraq “pripiska”sız heç bir iqtisadi əməliyyat aparmır.

Оставьте комментарий

31.01.2016 от Admin

12651275_10154051034359734_8971137797151886981_nHeç kəsə sirr deyil ki, hakimiyyət öz genetik irsinə sadiq olaraq “pripiska”sız heç bir iqtisadi əməliyyat aparmır. Tikinti sahəsi isə bunun üçün ən əlverişli məkandır. Neftdən gələn gəlirləri “yerbəyer” etmək üçün bu tipli Oyunları təşkil etmək iqtidara hava su kimi lazım idi. Onlar da əllərinə düşən fürsətdən istifadə edib heç kimə lazım olmayan ilk Avropa Oyunlarını özünküləşdirib, bu günə kimi edə bilmədiklərini də Oyunlara görə etdilər. Sonra gördülər ki, ay aman büdcə boşalır, neftin qiyməti aşağı düşür, aləm dəyib bir-birinə, keçdilər iş adamlarından “haqq” yığmağa, yetmədi, növbə çatdı büdcədən maliyyələşənlərə. Müəlimlərdən tutmuş kiçik məmurlara qədər “haqq” toplandı. Əllərində olanları hakimiyyət mənsublarına “haqq” verən şirkətlər, səhmdar cəmiyyətlər işçilərinin maaşlarını ödəyə bilmədiklərinə görə ixtisar variantına üstünlük verdilər, işçiləri məcburi məzuniyyətə göndərdilər, iş rejimini dəyişdirmək məcburiyyətində qaldılar. Bu sadalananların əksini deyən tapılmaz, məncə. Hamımız bunları yaşadıq. Yaşadıqlarımız bütün bunların bizə qazanc gətirdiyini söyləyən kimsəni tanımıram.

Gözlənilən turist axını da baş tutmadı. Rəsmi açıqlamalar görə ölkəmizə 30 min cüvarlnda turist gəlib (“pripiska”nı yada salanda buna da inanmıram), onun da böyük əksəriyyəti Rusiya vətəndaşıdır. Səbəb otellərdə və istirahət mərkəzlərindəki fantastik qiymətlərdən tutmuş Azərbaycan iqtidarının avtoritar olması oldu. Artıq bütün dünya bilir ki, ölkədə siyasi məhbuslar var, azad mətbuat yoxdur, jurnalistlər, hüquq müdafiəçiləri, siyasi müxalifət vətəndaş mövqeyinə görə rejim tərəfindən həbs olunur. Belə bir şəraitdə siyasi həbsin nə olduğu bilinməyən ölkənin vətəndaşları ağrımaz başına buz bağlamaq istəməz və azad insan olduğu halda azadlıqları məhdudlaşdıran bir ölkəyə turist səfəri etməz, etmədi də.O Oyunların nəticəsidir ki, vətəndaşlarımız ikinci devalvasiyanı yaşadı. Adını “üzən məzənnə” qoyub süni surətdə manatı ucuzlaşdıran iqtidar əslində süni bahalanmanın da əsasını qoydu. Ölkə büdcəsini neftdən gələn gəlirlərdən büsbütün asılı edən hakimiyyət neftin günbəgün ucuzlaşmasına baxmayaraq, iqtisadi vəziyyəti saatbasaat ağırlaşan xalqın halına yanmaq, iqtisadi çöküşdən çıxış yolları arayıb tapmaq, xalqın haqlı etirazlarını dinləyib onların sosial-iqtisadi durumunu optimallaşdırmaq əvəzinə başımıza yeni Oyunlar gətirməyi planlaşdırır. Bu dəfə Formula – 1 adlı büdcəsi 150 milyon dollar olan ralli yarışmasını təşkil etməyi planlaşdırırlar. Milli valyutasının 100% ucuzlaşdığı, istehlak mallarının 70% bahalaşdığına rəğmən büdcədən maliyyələşən vətəndaşın maaş və təqaüdlərini 10% qaldıran hakimiyyətin indiki zamanda 150 milyonluq Oyun təşkil etməsi lazımdırmı?

Aqil Mahmudov

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: