«İstəyirlərsə, Rəsulzadənin yerinə Stepan Şaumyanın şəklini assınlar»

Оставьте комментарий

04.02.2016 от Admin

11880383_1631691507106638_5861310834812108747_n (1)«İstəyirlərsə, Rəsulzadənin yerinə Stepan Şaumyanın şəklini assınlar»

«Rəsulzadəni yaddaşdanmı siləcəklər? Sovet hökuməti silə bilmədi»

Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin «Bakı Metropoliteni» «28 May» stansiyasındakı barelyefinin sökülərək yerində tikinti şirkətinin reklamının asılması etirazla qarşılanıb.

Fazil Mustafa

Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa məsələyə sərt etirazını bildirib.

 
O, deyib ki, Rəsulzadəyə hörmətsizlik azərbaycanlıya yaraşan hərəkət deyil: «İstəyirlərsə, onun barelyefinin yerinə Stepan Şaumyanın şəklini assınlar. Məhəmməd Əmin Rəsulzadəni sevmirlərsə, nə etmək olar?! Belə çıxır ki, bu adamlar azərbaycanlı deyillər.  Hər kəs bilir ki, bu, həssas məsələdir.  Nə qədər bəsit düşüncədə olmalısan ki, belə addım atasan. Bilirlər ki, hər dəfə bu cür addımlar atılanda cəmiyyətdə narahatlıq yaranır, bunu niyə anlamırlar? Məhəmməd Əmin Rəsulzadəyə bu xalqın içində sevgi var. Kimlərinsə hansısa addım atması ilə deyil ki?! Niyə hər dəfə vurğulamalıyıq ki, Rəsulzadənin heykəlinə çuval keçirməyin, hörmətsizlik etməyin. O kişinin qurduğu dövlətdə yaşayırsız, heç olmazsa, hörmət edin. Azərbaycanca deyirik, başa düşmürlər. Ruscamı, ingiliscəmi deyək? Allah belə yanaşanların cəzasını verəcək».
«Ümid» Pariyasının sədri, sabiq deputat İqbal Ağazadə isə  bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin portretinin sökülməsi, yerində reklam lövhəsinin

İqbal Ağazadə

İqbal Ağazadə

asılması yumşaq ifadə edilsə, keçmişə, tarixə hörmətsizlikdir.

Onun sözlərinə görə, belə yanaşmanın olması yanlışdır: «Onlar anlamalıdırlar ki, bu hal xalqa, millətə, dövlətə sayğısızlıqdır. Məhəmməd Əmin Rəsulzadəni və digər cümhuriyyət qurucularını yaddaşdanmı siləcəklər. Sovet hökuməti belə silə bilmədi. Rəsulzadə bir dəyərdir, o dəyərə hörmət etməliyik».
Qeyd edək ki, M.Ə.Rəsulzadənin barelyefinin yerində tikinti şirkəti olan «Kristal Abşeron»un reklamı yerləşdirilib.
Xatırladaq ki, «Bakı Metropoliteni»nin «28 May» stansiyası bir neçə il öncə təmir edilib. Təmir zamanı Rəsulzadənin barelyefi sökülüb. Reklam lövhəsi isə yaxın vaxtlarda asılıb.
«Bakı Metropoliteni» QSC isə məsələyə aydınlıq gətirməkdən imtina edib.
arqument.az

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: