Problem bundadır ki, İlham Əliyev sizin və ailənizin investisiyaları qanunsuzdur.

Оставьте комментарий

04.02.2016 от Admin

12552512_10154038777109734_493927544604339531_nBakının Heydər Əliyev aeroportunda bir qayda olaraq, Azərbaycan Hava Yolları şirkətinin Praqa reysində “biznes” klassa növbənin uzunluğu “economy” klassa növbənin uzunluğu qədər olur. Bu ona görə belədir ki, son illərdə Azərbaycanın hakim təbəqəsi Çexiya Respublikasını özü üçün ən sevilən səfər yerlərindən biri edib. Onlar təkcə zəngin tarixi yerləri və təbiətin gözəlliyini seyr etmək üçün təşrif buyurmuş pullu turistlər kimi yox, həm də investorlar kimi gəlirlər. Hakim Əliyevlər ailəsi də daxil olmaqla, neftlə zəngin Azərbaycanın rəsmiləri Praqada şirkətlər qurmuş, torpaqlar almış və əsas etibarilə məşhur müalicə-kurort şəhəri sayılan Karlovı Varı (Carlsbad) həndəvərində cəmləşən otellər və dəbdəbəli villalar tikmişlər. Problem bundadır ki, bu investisiyalardan bəziləri qanunsuzdur. Bu investisiyaların tam miqyası Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Barədə Reportajlar Layihəsi (Organized Crime and Corruption Reporting Project — OCCRP) üçün işləyən jurnalistlər tanınmış azərbaycanlıların Çexiyadakı mülkiyyət və şirkətlərinin qeydiyyatına dair sənədlərlə tanış olduqdan sonra bəlli olub. Belə görünür ki, hakim elita Avropa İttifaqının göbəyində mülklər əldə etmək üçün real həyatda “Monopoliya” stolüstü oyununu oynayırmış kimi yarışa girib. Azərbaycanlıların özünün təbii bulaqları, kurortları və yüksək keyfiyyətli şüşəsi ilə çox məşhur olan Karlovı Varıya məhəbbəti tarixdə yeni bir şey deyil. Çexiya Respublikasının qərb hissəsində yerləşən, Almaniya ilə həmsərhəd bu mənzərəli şəhər, 1711-ci ildə Rusiya çarı Birinci Pyotr buranın şəfalı suları ilə müalicə olunmaq üçün gələndən bəri, Rusiyanın hakim təbəqəsi üçün müstəsna xəlvəti guşəyə çevrilib. Nüfuzlu və zəngin ruslar qolf meydançalarının və ecazkar spa kolonnadalarının bahalağına baxmayaraq buraya istirahət və müalicəyə gəlirlər. Bir çox, ələlxüsus da bahalı xidmətlər rus dilində göstərilir. Yerli xokkey komandası hətta bir ara Rusiyanın Milli Xokkey Liqasında yarışmaq istəyirdi və Karlovı Varı ilə Rusiya arasında yaxın və dost münasibətlər vardır. Ailənin öz işi “Azərilər Karlovı Varını yaxşı tanıyırlar, — çex senator Jan Hornik bildirib, — onların baş naziri bura səfərlərindən biri zamanı mənə dedi ki, bura səfərləri daha çox biznes xarakteri daşıyır, nəinki istirahət, çünki Azərbaycan hökumətinin yarısı burada olur”. Əlaqələr elə birinci ailənin özündən başlanır. Azərbaycan prezidenti İlham Əliyevin iki qızından biri – Arzu Əliyeva mərkəzi Praqada mənzillənmiş ZODIAC Immobilienbesitz adlı şirkətin 2006-cı ildən bəri tək səhmdarıdır. Azərbaycan prezidentinin qızı Karlovı Varıda dəbdəbəli villaya sahibdir. Azərbaycan prezidentinin qızı Karlovı Varıda dəbdəbəli villaya sahibdir. Çexiyanın torpaq kadastrındakı qeydiyyatdan bəlli olur ki, bu firma Karlovı Varının dəbdəbəli qonşuluğunda 1 milyon avroluq villaya sahibdir. Jurnalistlər təpəlikdəki lüks ərazidə yerləşən villaya baş çəkəndə onun boş olduğunu, lakin yaxşı baxıldığının şahidi olublar. Qapı zənginə cavab verən olmayıb. Əliyevanın mənzil-qərargahı reklam lövhəsinə inanılsa, audit, vergi və hüquq xidmətləri olan Alfery Hrdina adlı firmanın hüquq ofislərinin içərisində yerləşir. Firmanın nümayəndəsi Pavel Alfery-Hrdina Əliyevanın şirkətinin və ya hər hansı başqa müştərilərin biznesi barədə danışmaqdan imtina edib… Arzu Əliyeva Çexiya biznesində sahibkar olan yeganə ailə üzvü deyil. Onun ana babası Arif Paşayevin Praqada və Karlovı Varıda mənzillənmiş RETRO-INTER adlı şirkəti var. Paşayev rəsmən Milli Aviasiya Akademiyasına rəhbərlik edir. ABŞ-ın Wikileaks saytı tərəfindən açıqlanmış diplomatik teleqramlara görə Əliyevlərin böyük ailəsi Azərbaycan iqtisadiyyatında böyük rol oynayır. ABŞ teleqramlarında Paşayevlər ailəsi “Azərbaycanın ən qüdrətli ailəsi” adlandırılır. Paşayevin PASHA Holdinq qrupu və ya konqlomeratı – sığorta, bank, səyahət, tikinti və Pasha Bank da daxil olmaqla investisiya sahələrinə nəzarət edir. “Ernst and Young” audit şirkətinə görə bu adam müstəsna nəzarətə malikdir. Bankın icraçı direktoru, Arif Paşayevin qardaşı Hafiz Paşayevin oğlu Mir Camal Paşayevdir və bankın internet saytında onun Azərbaycanın ən geniş şirkətlərindən biri olduğu bildirlir. RETRO-INTER Karlovı Varı rayonunda Jeseter oteli də daxil olmaqla bir neçə mülkə sahibdir. Jeseter hoteli Jeseter hoteli Tikintisi başa çatmaqda olan Jeseter oteli, şəhərdən 10 dəqiqiəlik məsafədə, su bəndinin sahilində ucalır. Otelin bir tərəfi meşəlik, digər tərəfi isə öz darvazası olan rus şəhərciyidir. Rusiya dekorativ üslubunda tikilmiş bina balıqçı evinin xarabalıqları üzərində ucalır. Burada 30 otağın, iki qayıq körpüsünün və restoranın olacağı planlaşdırlıb. Bu ərazi vaxtilə yerli əhali arasında istirahət və çimmək üçün çox populyar məkan olub, lakin 1990-cı illərdə buradakı yeganə təbii hovuz söküləndən sonra həftəsonu ailə istirahətləri üçün cazibədarlığını itirib. Problem bundadır ki Ilham Əliyev sizin və ailənizin  investisiyalari  qanunsuzdur.

 

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: