Əhliman Əmiraslanovin yuxulari:»Bu gün elə bir xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın»

Оставьте комментарий

05.02.2016 от Admin

11873672_1630668103875645_2710412519538944060_nAncaq biz kiminsə xaricdə müalicə olunmasının qarşısını ala bilmərik.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Biologiya və Tibb Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə əlaqədar hesabat müzakirə edilib.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məlumat verən bölmənin akademik-katibi Əhliman Əmiraslanov bildirib ki, keçən il Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri ilə birgə tədqiqat işləri aparılıb.

Biologiya və Tibb Elmləri Bölməsi üzrə elmi müəssisələrdə 41 elmi problemə aid 193 mövzu  üzrə 445 tədqiqat işi aparılıb, bunlardan 80 mövzu və 181 iş tamamlanıb. 2015-ci ildə 1793 məqalə çap olunub, onlardan 177-si impakt faktorlu jurnallarda işıq üzü görüb. Ə. Əmiraslanov patent almaq üçün 25 iddia sənədi verildiyini, 4-ü xaricdə olmaqla, 5 patentin alındığını nəzərə çatdırıb. Nəbatat bağında Azərbaycanda ilk dəfə olaraq qızılgüllər kolleksiyası yaradılıb.

Ə. Əmiraslanov AMEA-da Kök Hüceyrə Mərkəzinin və ya laboratoriyasının olmamasını Azərbaycanda biologiya və tibb sahəsində böyük çatışmazlıq sayıb: “Biz bu sahədə müəyyən işlər görmüşük. Qrup yaratmışıq, həmin qrup dünyanın bir çox kök hüceyrə mərkəzlərində olub, elmi məqalələr yazıb. Laboratoriya üçün yer də müəyyən olunub, ancaq laboratoriyanın təşkili məsələsində müəyyən problemlər var. Sadə bir laboratoriyadan başlayaq və yavaş-yavaş irəli gedək”.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: