Ramil Usubovun bandasi İlahiyyatçıya işgəncə veriblər

Оставьте комментарий

06.02.2016 от Admin

12540773_774267679384699_8496732034023523301_nFevralın 5-də «Müsəlman Birliyi Hərəkatı» təşkilatının rəhbəri Taleh Bağırzadənin məhkəmə şikayətinə baxılıb.

Şikayət ilahiyyatçının Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində «qanunsuz saxlanması, orada işgəncələrə məruz qalması, müdafiə hüququnun pozulması” barədədir. Həsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə qapalı keçirilən məhkəmə iclasında Taleh Bağırzadə özü də iştirak edib.

Taleh Bağırzadənin vəkili Cavad Cavadov Azadlıq Radiosuna bildirib ki, ilahiyyatçı məhkəmədə çıxış edib və məruz qaldığı işgəncələrdən danışıb. Lakin müdafiəçi onun nələr dediyini açıqlamayıb. Bildirib ki, məhkəmənin qərarından sonra bu barədə ictimaiyyətə ətraflı məlumat verəcək.

Məhkəmə şikayətlə bağlı qərarını fevralın 9-da açıqlayacaq.

Taleh Bağırzadə artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına köçürülüb. Lakin hələ də onun yaxınları ilə telefon danışığına, ailə üzvlərilə görüşünə, hətta sovqat qəbuluna da icazə verilmir.

Bu iddialara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Onun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 15-dən artıq maddəsilə ittiham irəli sürülüb.

Fevralın 5-də Baş Prokurorluq məlumat yayaraq, Taleh Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfərin həbs olunduğunu açıqlayıb. Məlumata görə, həbs olunanların 57 nəfəri Bakı və ətraf kəndlərin, 11-i isə Gəncə və digər şəhərlərin sakinləridir.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: