Əli Kərimlinin xəyanəti və müxalifəti məhv etməsi barədə

Оставьте комментарий

21.02.2016 от Admin

img2009266“Əli Kərimlinin xəyanəti və müxalifəti məhv etməsi barədə fikirləri ilk olaraq, mən səsləndirmirəm. Bu fikirləri sadə vətəndaşlardan tutmuş prezidentə qədər hər kəs səsləndirib. AXCP-dən ayrılan və həqiqi Elçibəyçiliyə iddia edən KAXCP və BAXCP-nin üzvləri də bunu söyləyiblər. Ayrı-ayrılıqda bu gün Əli Kərimlinin yanında yer alan şəxslər də səsləndiriblər. Müsavat təmsilçiləri dəfələrlə bu məsələni qabardıblar”. 
Bunu mediaya açıqlamasında son zamanlar sosial şəbəkədə yenidən Əli Kərimlinin saxta profilləri tərəfindən təhqirlərə məruz qaldıqlarını deyən yeni yaradılmış AXCP-nin sədri Razi Nurullayev söyləyib.
Partiya sədri qeyd edib ki, sonuncu dəfə Əli Kərimli haqqında ən ağır ittihamları Prezident İlham Əliyev səsləndirib və onun ardınca deputat Siyavuş Novruzov da bu məsələni qabardıb: “Hər kəs deyir ki, Əli Kərimlinin hakimiyyətlə gizli görüşlərinin videosu var. Adım qədər əminəm ki, var. O videolar yayımlansa, Əli Kərimli bir günün içində siyasətdən silinər və bəlkə də adam içinə çıxmağa belə, cürəti çatmaz. Bəs niyə yayımlanmır? Çünki, orada bu gün hakimiyyətin yüksək eşalonlarında təmsil olunan məmurlar, deputatalar, nazirlər də var.
Aparılan danışıqlarda YAP-a münasibəti də dəyişəcək məqamlar ola bilər. Əlavə olaraq, bir çox video çəkilişlər gizli orqanlar tərəfindən aparılıb və bununla bağlı konkret öhdəliklər var. Bu öhdəliklərin pozulması gizli xidmət orqanlarını tam etibarsiz duruma gətirə və bu sistemi çökdürə bilər. Yüzlərlə əməkdaş, gizli orqanlarla əməkdaşlıq edən yüzlərlə kiçik və böyük çinli siyasətçi və məmur açığa çıxa bilər. Əli Kərimli bunu çox gözəl bildiyindən bu qədər rahatdır.
Necə ola bilər ki, digər cəbhəçilər qaça-qaçda olduğu, Əbülfəz Elçibəy Kələkidə sürgündə yaşadığı halda, Əli Kərimli Bakı şəhərində at oynadırdı? Yanında onlarla cangüdənlə gəzirdi və heç kim onu saxlamırdı?”
Razi Nurullayev bildirib ki, Ə.Kərimli neçə il parlamentdə təmsil olundu və hər zaman da həlledici məqamlarda mərkəzdənqaçma effekti yaradan addımlar ataraq, müxalifəti zəiflətdi: “Əli Kərimli 2000-ci ildən sonra nədən gözdən düşməyə başladı? O, hakimiyyətlə saziş bağlamışdı, kişi sözü vermişdi və əvəzində deputat yerləri, mal-mülk və nüfuz qazanmışdı. O, mərhum Heydər Əliyevin xəstələnməsindən sonra xəyallara daldı, böyük iddialara düşdü və hakimiyyətin tezliklə yıxılacağına inandı. Oyun qaydalarını pozdu və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etdi. Hadisələr də buradan başladı. Onun müxalifətə xəyanəti bu gün də davam edir. Özünü xalqa və siyasətçilərə sırımaq istəsə də, artıq onu qəbul edən yoxdur. Açığı mətbuatın onun şəxsiyyətinə hələ də maraq göstərməsi məni təəccübləndirir”.
Musavat.com

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: