Gömrük generalı, “qumarbaz” Vüsal (FOTO, VİDEO)

Оставьте комментарий

22.02.2016 от Admin

4546462530e083445f201393428532_gomrukkkkkkkkkkkkkkk

İstər Azərbaycanın, istərsə də digər ölkələrin üzləşdiyi iqtisadi böhran artıq əhalinin bir çox təbəqəsinin yaşayış səviyyəsinə təsir etməyə başlayıb. Bu, özünü həm işsizlər ordusunun, həm də problemli kreditlərin sayının durmadan artmasında aydınca biruzə verir.

Adətən belə hallarda varlı insanlar aztəminatlı ailələrə əl tutmalı, onların ayaqda durmalarına yardımçı olmalıdırlar. Düzdür, cəmiyyətdə belələri var, ancaq onların sayı heç də çox deyil.

İlham Əliyev də son açıqlamalarının birində demişdi ki, pullu insanlar, xüsusilə məmurlar vətəndaşlara kömək etməli, onların qayğılarına qalmalıdırlar.

Təəssüflər olsun ki, hələ də məmurların əksəriyyəti prezidentin bu tövsiyyəsini qulaqardına vurur, öz eh-işrətlərindən geri qalmırlar. Bu isə əhalinin ciddi narazılığına və qınaq obyektinə çevrilir.

Kefindən qalmayan belə insanlardan biri də Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vüsal Novruzovdur.

Bu məmurun adı hələ 2011-ci ildə yumurta olayı zamanı dillər əzbəri olmuşdu. Belə ki, general Bəylər Əyyubovun inhisarında olan yumurtanın qiymətinin qaldırılması İlham Əliyevi bərk əsəbiləşdirmiş və ölkənin yumurta ilə təchizatını digər general Kəmaləddin Heydərova tapşırmışdı. Kəmaləddin Heydərov isə bu işin icrasını Vüsal Novruzova həvalə etmişdi.  Bakı Gömrük İdarəsinin  şefi də  Bəylər Əyyubova məxsus olduğu iddia edilən malları ölkəyə buraxmamışdı. Nəticədə Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov ağ rəngli “BMW X6″ markalı avtomobillə rəisə məxsus 10 AZ 720 dövlət nömrə nişanlı xidməti maşını saxlamış və maşında olan şəxsi döymüşdü. O zaman döyülən şəxsin Vüsal Növruzov olduğu öz təsdiqini tapmasa da olay ölkədə geniş rezonans doğurmuşdu.

O olaydan 5 il keçməsinə baxmayaraq adları çəkilən generallar və rəis yenə də öz vəzifələrində çalışırlar.

Deyilənə görə, Vüsal Növruzovun başı ötən ilin sonlarında yeni qalmaqala qarışıb. Bu dəfə o qalmaqala yumurta deyil, onun harınlığı səbəb olub.

Bakı Gömrük İdarəsinin rəisi dövlət əmlakını mənimsəməklə və rüşvət almaqla topladığı pulları əhalinin bir sıra təbəqəsinə kömək etmək əvəzinə qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedərək qumar oynayır və öz kefi üçün xərcləyir.

Alınan məlumata görə, son gedişində o, 5 milyon dollar uduzub. Rəis uduzduğu pulun yarısını verdiyindən gürcülər tərəfindən təhdid edilib və qısa zaman kəsiyində ondan yerdə qalan pulun ödənilməsi tələb olunub.

Vüsal Novruzov da çıxış yolunu bütün işçilərindən pul tələb etməkdə tapıb.

Ölkə mediasında yayımlanan bu xəbərdən sonra yenə də Vüsal Növruzova söz deyən olmayıb. O, isə ona dəyməməzlik sindromundan bəhrələnərək ərəb şeyxləri kimi xeyli vaxtdır ki, topladığı maşın kolleksiyasını doldurmaqla məşğuldur.

Kəmaləddin Heydərovun ailə biznesini idarə edən general Vüsal Novruzovun hazırda ümumi məbləği bir neçə milyon dollar olan 72 ədəd bahalı maşını var.

“Bugatti Veyron” avtomobilin qiyməti 2,6 milyon dollar
Gömrük generalı Vüsal Növruzovun bahalı maşın kolleksiyası - Bugatti, Ferrari,Pogani və nələr...

Koenigsegg Agera – Qiyməti: $1.5 milyon
Gömrük generalı Vüsal Növruzovun bahalı maşın kolleksiyası - Bugatti, Ferrari,Pogani və nələr...

Ferrari F70 – Qiyməti: $870,000
Gömrük generalı Vüsal Növruzovun bahalı maşın kolleksiyası - Bugatti, Ferrari,Pogani və nələr...

Rolls-Royce Phantom Drophead Coupe – Qiyməti: $ 447,000

MERCEDES S600 MAYBACH – Qiyməti: euro 265,550

Gömrük generalı Vüsal Növruzovun bahalı maşın kolleksiyası - Bugatti, Ferrari,Pogani və nələr...

Bu isə onun yeni vəzifəyə keçmək iddiasından xəbər verir.

Adının açıqlanmasını istəməyən mənbə bildirir ki, o, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin yerinə keçməyə ən real namizəd hesab edilir.

Vüsal Növruzov  sanki indidən özünü o postda gördüyündən yuxarılardan razılıq almadan Astara Gömrük Keçid Məntəqəsindən keçən yüklərə görə tələb olunan rüsumları artırıb.

Xeyli sayda biznes şəbəkəsinə rəhbərlik edən bu şəxsi isə hələki yerində oturdan yoxdur.

Yəqin, onun belə əl-qol atması, qumar oynaması, maşın kolleksiyası toplamağı Kəmaləddin Heydərovla yaxınlığı rəvac verib. DGK-nin sədri Aydın Əliyev isə çox böyük ehtimalla keçmiş şefinin zəhmindən yuxarılara Vüsal Növruzovun əməlləri barəsində dəqiq məlumat ötürə bilmir.

Bakı Gömrük İdarəsinin rəisi Vüsal Növruzov da heç nəyə məhəl qoymadan Aydın Əliyevin bu qorxaqlığından məharətlə istifadə edir və biznesini genişləndirir…

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: