“Onlar səmimi savadsız adamlardı”

Оставьте комментарий

27.02.2016 от Admin

12294766_10153905160629734_6229632613609378826_nMədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin xalq artisti İlhamə Quliyevanın vida mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Turizm eksperti Azər Bayramov nazirin söylədiyi fikirlərə münasibət bildirib.

“Avropanın Səsi”nin məlumatına görə, A.Bayramov deyib ki, insan layiq olmadığı yerdə olduğu zaman belə səhvlər etməsi adi hal kimi qarşılanmalıdır.

Onun sözlərinə görə, bir çox nazir kimi, Əbülfəs Qarayev də bu postda təsadüfü şəxslərdən biridir: “Hər kəs bilir ki, Əbülfəs Qarayevin  yüksəlişində, onun bəstəkar Qara Qarayevin qardaşı oğlu olması amili çox böyük rol oynayıb. Həmçinin Əbülfəs Qarayev 1989-1993-cü illər arasında təhsiliylə bağlı Moskvada olarkən indiki prezident İlham Əliyevlə yaxın dost olmuşlar. Məhz bunun bariz sübutudur ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən cəmi 1 il sonra Qarayevə oğlu İ.Əliyevin xətrinə nazir postunu hədiyyə etmişdir. Ona görə də bu cür təsadüfi adamların nazir olaraq belə qeyri-ciddi fikirlər səsləndirilməsində qəribə heç nə yoxdur. Onlar səmimi savadsız adamlardı”

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İlhamə Quliyeva ilə vida mərasimində “şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar” ifadəsi sosial şəbəkələrdə etirazlarla qarşılanmış və nazirin üzr istənilməsi tələb olunmuşdu.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: