Tamada-nazirin yanlış kadr siyasəti peşəkar zabitləri ordunu tərk etmək məcburiyyətində qoyub

Оставьте комментарий

29.02.2016 от Admin

1456491737_min-12Son dövrlər Azərbaycanın ordu rəhbərliyinin idarəçilik sistemi bəzi zabitlərin narazılığına səbəb olub. Bir müddət əvvələ qədər narazılıqlar açıq ifadə olunmasa da, artıq bəziləri sözlərini açıq-aşkar deməkdən çəkinmirlər.

Belə ki, bu günlərdə dörd keçmiş pilotumuz mediada çıxış edərək problemlərini müdafiə tamada nazirin Zakir Həsənovun diqqətinə çatdırmağa çalışdılar.Bu nazir tost ve pafosla danişmagi cox hoşdayir,amma hec bir iş görmür.

Qeyd edək ki, ordu sıralarında 20 ildən çox qüsursuz xidmət etmiş Eldar Fərhad oğlu Əmirov (mayor), Valeh Böyukağa oğlu Məmmədov (mayor), Namiq Əhmədpaşa oğlu Abiyev (mayor) və Mehman Vahid oğlu Həsənov (kapitan) «Hərbi Xidmətkeçmə haqqında» Qanunun 156-cı maddəsinin «j» bəndini rəhbər tutaraq öz arzuları ilə ehtiyata buraxılmaq üçün komanda üzrə raportla müraciət ediblər:

«Raportlarımıza komandanlıq tərəfindən cavab ala bilmədik və məcbur olub 2 sayli Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etdik. Həmin vaxtdan bizə hərbi hissə komandiri tərəfindən davamlı olaraq təzyiqlər başladı. Məhkəmə qərarından sonra, 2015-ci ilin oktyabr ayında müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxıldıq. «N» saylı hərbi hissənin komandiri polkovnik Həmzə Elbrus oğlu Allahverdiyev və hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Hüseyn Möhübbət oğlu İsmayılov tərəflərindən bu günədək bizə təzyiqlər edilir».

Narazı zabitlər bildiriblər ki, Ali Baş Komandanın adından onlara hədiyyə kimi təqdim olunmuş dəri uçuş gödəkçələri də məcburi şəkildə əllərindən alınıb: «Halbuki indiyə kimi tərxis olunan uçuş heyətindən bu hədiyyələr geri alınmayıb”.

Zabitlərin sözlərinə görə, bu soyuq qış aylarında onlardan xidməti mənzillərini təhvil vermək tələbi də irəli sürülüb ki, bu da öz növbəsində «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci bəndinə tam ziddir: «Xidməti evlə əlaqədar Prezident Administrasiyasına, müdafiə nazirinə, HHQ-nin Komandanına ünvanladığımız şikayət ərizələrinə cavab olaraq 12-ci maddənin 2-ci bəndi göstərilib. Amma nədənsə hərbi hissə komandiri bu cavabları inkar edir, onun üçün bu qanun və sənədlərin mənasız olduğunu bildirir. Hərbi hissə komandirinin özbaşınalığı və qanunsuz hərəkətləri nəticəsində bizim sənədlərimiz 3 aydan çoxdur ki, maliyyə və büdcə idarəsinə, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin yerli şəbələrinə təqdim olunmur ki, bizə təqaüd hesablansın. Bu özbaşınalığın nəticəsində 3 aydan coxdur ki, təqaüd almırıq”.

Zabitlər qeyd ediblər ki, indiyə kimi tərxis olmuş zabit və gizirlərə sözün əsl mənasında bu cür qanunsuzluq və düşmənçilik olmayıb, evləri təhvil alınmayıb: «Heç bir əsas olmadan birdəfəlik pul mukafatını (13-14-cü əmək haqqını) da bizə layiq görmədilər».

Məlumat üçün nəzərinizə çatdıraq ki, ordu rəhbərliyinin həyata keçirdiyi kadr siyasəti və yerdəyişmələr zamanı döyüş yolu keçmiş yüksək rütbəli zabitlərə qarşı sayğısız münasibət də zabit-gizir heyəti tərəfindən ciddi narazılığa səbəb olur. Bu səbəbdən də son bir neçə ay ərzində ordudan tərxis olunmaq üçün müraciət edənlərin sayı artıb.

Hətta iddia edilir ki, Müdafiə Nazirliyindəki rəhbər şəxslərin yanlış və qərəzli münasibəti general rütbəsi daşıyan zabitləri də ordu sıralarını tərk etmək məcburiyyətində qoyub. Məlumatda bildirilir ki, xüsusən də döyüş bölgəsində xidmət edən peşəkar, döyüş yolu keçmiş zabitlərin tərxis olunması mənfi nəticələrə yol aça bilər. Çünki peşəkar zabitlərin uzaqlaşması orduda müəyyən boşluqlarla nəticələnər.

«Son aylar cəbhə xəttindən aldığımız ard-arda şəhid xəbərləri də bunu deməyə əsas verir. Doğrudur, əsgərlərimiz vaxtaşırı erməni tərəfinə ağır zərbələr vurur. Amma ordu rəhbərliyinin həyata keçirdiyi «islahatlar»dan narazı olanlar hərbi qulluqçuların şəhid olmasını ciddi boşluq kimi dəyərləndirirlər. Əgər işğal altında olan ərazinin bir metri belə geri qaytarılmayıbsa,bu qədər itki niyə verilir?”-deyə məlumatda bildirilir.

Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün «Reytinq” qəzeti hərbi ekspert, siyasi və ictimai xadimlərə müraciət edib.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa«Reytinq”ə deyib ki, hazırkı durumdan narahatdır. Onun sözlərinə görə, narazı olan zabitlərin nəyə görə incik salındığının detallarını araşdırmaq lazımdır:

«Azərbaycan Ordusunda əsas problemlərdən biri zabitlərin, gizirlərin, mütəxəssislərin, həkimlərin şəxsi problemlərinin arxa planda saxlanmasıdır. Zabit-gizirlər təkcə özlərindən ibarət deyillər, həm də ailələrindən ibarətdir. Maraqlanmaq lazımdır ki, onların ailələri hansı sıxıntı içindədir. Məsələn, döyüş bölgəsində xidmət edən zabitin uşağının hansı məktəbdə oxuması, hansı bağçaya getməsi rəhbərliyi maraqlandırırmı? Yəni, bunun üzərində düşünmək lazımdır. Problemlərin, narazılığın çoxu burdan qaynaqlanır.

Sonra araşdırmaq lazımdır ki, tabeçilik qaydasında hansı proseslər baş verir, hansı qeyri-qanuni tələblər qoyulur, bunun öhdəsindən gəlmək mümkündür, ya yox. Mənim də tanıdığım zabitlər var ki, bu motivlərlə ordudan uzaqlaşdılar. Halbuki onlar da kifayət qədər vətənpərvər və peşəkar kadrlar idi. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət yetirilməlidir. Əslində, bütün şikayətlərin, gileyləyrin motivində yatan budur. Bunu ortadan qaldırmasaq, fərd olaraq, hərbi qulluqçuların hüquqlarının qorunmasını araşdırmadan peşəkarların ordudan uzaqlaşmasına şərait yaratmaq təhlükəli tendensiyadır. Çünki ordu elə qurumdur ki, onun peşəkarlarlardan təmizlənməsi prosesi döyüş qabiliyyətinə ciddi təsir göstərir. Bu mənada hazırkı vəziyyəti həyəcanlı tendensiya kimi qiymətləndirir və bu istiqamətdə daha ciddi işlərin görülməsini vacib hesab edirəm».

Qeyd edək ki, bir müddət əvvəl bəzi millət vəkilləri ordu rəhbərliyinin Milli Məclisdə hesabat verməsini, qeyri-döyüş şəraitində, eləcə də atəşkəsin pozulması nəticəsində əsgər itkisi ilə bağlı məsələlərə aydınlıq gətirməsini tələb edirdilər. Amma son dövrlər bu kimi tələblər irəli sürülmür.

Fazil Mustafa deyir ki, Müdafiə Nazirliyi rəhbərliyinin Milli Məclisdə hesabat verməsini tələb etsələr də, qarşı tərəfdən heç bir reaksiya olmayıb. «Buna baxmayaraq, orduda baş verən hər hansı neqativ hadisə müzakirə olunmalı, onun həlli istiqamətində lazımi addımlar atılmalıdır. Ordu hamını maraqlandıran qurumdur, burada baş verənlər hamını narahat edir. Kimlərsə müəyyən məsələləri əsas gətirib ordudakı neqativliklərin müzakirə olunmasına qarşı çıxa bilər, amma biz mövcud problemlərin həll üçün danışmalıyıq»,- deyə millət vəkili fikrini tamamlayıb.

Hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov isə, son bir-iki ayda mətbuatda müşahidə etdiyi və diqqətini cəlb edən bir neçə hərbi xəbərdən narahatlığını ifadə edib. Ü.Cəfərovun sözlərinə görə, bəzi zabitlərin narazılığını ictimailəşdirməsində də narahatdır:

«Bu sahə ilə maraqlananlar bilirlər ki, bir qrup peşəkar həbri pilotlarımız bu yaxınlarda əvvəl Müdafiə Nazirliyinin rəhbərliyinə, daha sonra isə Ali Baş Komandana müraciət ünvanlamışdılar. Mən məsələnin məğzinə varmadan bir məqamı qeyd etmək istərdim ki, söhbət müharibə vəziyyətində olan ölkənin Silahlı Qüvvələrinin vuran əli olan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş təyyarələrinin uzmanları olan 4 nəfər peşəkar pilotdan gedirdi. Onların hər biri artıq ehtiyata tərxis olunub və yəqin ki, bir daha döyüş təyyarə və helikopterlərinin şturvalları araxasına keçməyəcklər. Şəxsən mən onların incik dolu müraciətlərini görəndən sonra bu qənaətə gəlmişəm. Təki mən səhv edim, amma reallıq bunu deməyə əsas verir.

Nədən bu cavan və perspektivli pilotlar belə tezliklə ordu sıralarından ehtiyata çıxıblar? Məgər artıq Qarabağla bağlı məsələ öz həllini tapıb ki, biz belə asanlıqla yüzlərlə döyüç uçuş saatları olan peşəkarları cavan yaşlarında ehtiyata tərxis edirik? Məncə bu, çox yanlış və düşünülməmiş qərardır. Müdafiə Nazirliyinin müvafiq qoşun komandanı general-leytenant Ramiz Tahirov və köməkçiləri çox tələskənliyə yol verirlər. Bir peşəkar pilotun hazırlanması üçün dövlət külli miqdarda vəsait xərcləyir. Biz belə asanlıqla peşəkar pilotlarımızı əldən buraxırıqsa, bu heç də xoş olmayan mənzərədir».

Ekspert başqa bir məqama da toxunub. Nəzərə çatdırıb ki, narahat olduğu məqamlardan biri də Silahlı Qüvvələrin çox təcrübəli və peşəkar hərbi həkimlərindən biri olan tibb xidməti polkovniki, keçmiş Leninqrad Hərbi Tibb Akademiyasının barmaqla sayıla biləcək azərbaycanlı zabit kadrlarından olan Aftandil Namazov haqqındadır: «Döyüş yolu keçmiş bu peşəkar hərbi həkimin şəfalı əlləri minlərlə hərbi qulluqçumuzu yenidən sıraya qaytarmış və onlar bu fədakar insanın neçə öz peşəsinin vurğunu, mən deyərdim, fanatı olmasını yaxşı bilirlər. Son vaxtlar Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hərbi Hospitalının yeni rəhbərliyinin səhv kadr siyasəti nəticəsində Qarabağ savaşının ağrı-acısını öz timsallarında yaşamış onlarla peşəkarlar — həm zabitləri, həm də müddətdən artıq xidmət keçmiş şəxsləri ordu sıralarından uzaqlaşdırmışlar. Hesab edirəm ki, bu da uğurlu yol sayıla bilməz. Şəxsi düşüncəmə və təcrübəmə əsasən deyə bilərəm ki, nə qədər ki ölkəmizin ərazi bütövlüyü tam təmin olunmayıb, kadr məsələlərində həm Müdafiə Nazirliyinin Mərkəzi Aparatında, həm də yerlərdəki qoşun və birləşmələrdə peşəkar zabit və gizirlərin qorunmasına xüsusi diqqət yetirilməlidir. Əks halda, döyüş barədə qərar qəbul olunacağı təqdirdə, yenə peşəkar pilot və peşəkar hərbi həkim axtarışına çıxmalı olacayıq. Onda isə çox gec ola bilər. Bunu bizim Müdafiə Nazirliyinin əlaqədar vəzifəli şəxsləri və hər birimiz unutmamalıyıq».

Borçalı Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədlinin fikirlərinə gəldikdə, deyib ki, son dövrlər verdiyimiz itkilərin sayının çoxalmasından narahatdır. Onun sözlərinə görə, qeyd olunan naqisliklər uzunmüddətli milli ruha, milli varlığımıza və bütövlükdə isə cəmiyyətləşmə prosesinə olan amansız, ardıcıl basqıların acı nəticələridir: «Normal siyasi quruluş, ideoloji qütbləşmə və qütblər arsında siyasət elminin tələblərinə uyğun mübarizə, rəqabət, qarşılıqlı nəzarət müxanizmi olsaydı, tam fərqli mənzərəni yaşaya bilərdik. Bu reallaşsaydı, xalqımızın əhəmiyyətli hissəsi dövlətin idarə olunmasına cəlb olunar, intellektual və digər zəruri potensialmız üzə çıxar, siyasi-ictimai aktivlik cəmiyyətdə dinamik inkişaf, pozitiv ruhiyyə yarada bilərdi. Milli dövlət quruculuğu hakim olar, milli ideoloji hədəflənmə və resurslarımız bu hədəflərin reallaşmasına şərait yarada bilərdi. Vətənin bütövlüyü və sivil dünyanın mənimsədiyi və inkişafın hələ ki, alternativsiz yolu olan demokratiya əsas hədəflərə çevrilə bilərdi. Təəssüf ki, bunlar baş vermədi, milli posionar enerjinin dağıdılması baş verdi, milli maraqlarımızı təhdid altına düşdü”.

Z.Məmmədli bildirib ki, ordu quruculuğu siyasi piarlığa, obıvatelə hesablanan təbliğat alətinə çevrildi: «Düşünürəm ki, aparılan siyasi, naqis islahat adlı başıpozuqluğun tezisləri düşmən düşərgələrində hazırlanmış, milli mübarizə əzmini qırmağa, nostalji hisslərini artırmağa hesablanmış ideloji diversiyalardır. İnsanlarımızı yenidən imperiya əsarətinə daşıma mexanizminin işə düşdüyü müşahidə olunur. Rusiyanın təbliğatı işə düşür. Bu isə gələcəyə ümidi, Vətən savaşının prespektivsizliyi mühitini yaradır ki, qeyd edilən naqisliklər və narahatlıqlar baş verir. Yeni bir qalxınmaya ehtiyac duyulur. Məncə yeni qalxınma üçün münbit şərait yaranmaqdadır».

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: