Moşenik Şurasının əzəli və əbədi sədri Əflatun Amaşov

Оставьте комментарий

02.03.2016 от Admin

1426112389_amashov Moşenik Şurasının əzəli və əbədi sədri Əflatun Amaşov deputatxanada mübarək qədəmlərini mətbuatımızın xeyrinə atıb. Yeni deputatımız deyib ki, bəs devalvasiya medianın durumuna ciddi təsir etdiyindən, mütləq KİVDF-yə ayrılan vəsait artmalıdır: “Qəzet kağızı 100 faizdən çox bahalaşıb, çap xərcləri yarıbayarı artıb.

Ümumən KİV-lərimizin satışı çox zəifdir. Reklam gəlirləri də kifayət qədər aşağıdır. Ölkənin aparıcı KİV-lərinin illik büdcələrinin təqribən 70 faizi KİVDF-nin hesabına formalaşır.

Göründüyü kimi, mediamız bazar münasibətləri sistemində oturuşmadığından kommersiya qurumları kimi fəaliyyət göstərmir, daha çox ictimai missiya yerinə yetirir. Bu missiya isə həm cəmiyyət, həm də dövlət üçün son dərəcə vacibdir. Buna görə də KİV-lərimiz qarşılaşdıqları iqtisadi çətinliklərə baxmayaraq, ayaqda qalmalıdırlar”.

Cənab deputatın sözündən belə çıxır ki, mətbuatı bu günə qoyan devalvasiyadır. Şəxsən mən bu “müdrik” açıqlamasına görə Amaşovu qınamaya bilmirəm. Çünki o, ölkənin böhran içində olduğu bir vaxtda büdcədən pul qoparıb, yazdığını öz müxbirlərindən savayı kimsənin oxumadığı bu qəzetlərə verdirmək istəyir ki, anbarlarda qalıb kif atsın. Bunun bircə adı var – onminlərlə vəsaitin çölə atılması.

Əgər niyəsi aydın deyilsə, izah edim. Cənab Amaşov bilməsə də, vergi ödəyiciləri bilsin. Məsələ belədir ki, ölkədə lap çoxdan, hələ devalvasiya sözünü dilimiz tutmadığı zamanlardan qəzet oxuyan yoxdur. Çünki heç kim gecə-gündüz qırıq val kimi eyni sözləri təkrarlayan telekanallarımızda deyilənləri bir də pul verib, qəzetdən oxumaq istəmir. Yəni bu qəzetin qabartdığı problemlər MİS səviyyəsindən yuxarı qalxa bilmir.

Təbii ki, alternativ fikir görməyən, problemini o qəzetin səhifələri arasında tapmayan oxucu da 40 qəpiyi qəzetə yox, təndir çöyərinə verər. Onsuz da çörəklər isti olduğundan həmin qəzetlərə bükülür. Nəticədə həm qarnı doyur, həm də o səhifələrdə yazılanların bir mahiyyət kəsb etmədiyini görüb, pulunu havaya sovurmadığına şükr edir.

Başqa bir misal deyim: Məmə deyəndən pəpə yeyənə qədər hər kəs ölkədəki vəziyyətin ağır olduğunun fərqindədir. Mətbuatı bir kənara qoyuram, ictimai-siyasi sektorda adam qalmayıb, yarısı didərgindi, yarısı məhbus. Amma “525-ci qəzet”in baş redaktoru deyir ki, ölkədə siyasi məhbus yoxdur. Bunu deyəndə heç üzü də qızarmır. Oxucu da haqlı olaraq düşünür ki, necə olur bütün dünya “Azərbaycanda siyasi məhbuslar azad edilməlidir” deyib haray çəkir, 25 ilin baş redaktoru hələ xəbər tutmayıb?! Belə olan halda oxucu niyə gedib onun rəhbərlik etdiyi qəzeti alsın ki?

Əlbəttə, bir məsələ də var ki, onu təzə deputatımız məndən də yaxşı bilir. O da bu qəzetlərin məhz KİVDF-dən ayrılan pulu yemək üçün var olduqlarıdır. Baş redaktorların hərəsi bir sayt açıb, arxasını da hansısa məmura söykəyib həyatını sürür. Yardım əsasən qəzetə ayrıldığından onların heç biri kağız əsri ilə vidalaşmır. Artıq pul kimin cibini deşib ki?

Belə deyəndə də adını qoyurlar qərəzli. Yaxşı, mən qərəzliyəm, onda siz düşün bu şəhərin canına, çox yox, 6 adamın əlində “Mövqe” qəzeti görün, deyək, Vüqar Səfərlinin öz qəzetinə ayırdığı o 60 min halal xoşu olsun. Görə bilməzsiz. Ümumiyyətlə, nəinki “Mövqe” oxuyan, hec gün ərzində 6 nəfər qəzet oxuyan görə bilməzsiniz.

Bəs onda Mətbuat Şurasının sədri niyə bu qəzetlərin sahibini yemləmək istəyir? Əgər məqsəd medianın inkişafıdırsa, o zaman bunu daha asan yolu var axı. Məsələn, öncə Əflatun müəllim bilməlidir ki, qəzet həm də bir biznesdir. Qəzetçinin işi hazırladığı məhsulu satmaqdır. Bunun üçün onun bazara yolunu açmaq lazımdır. Daha satış mərkəzlərini bağlayıb, əl yayımını ləğv edib, qəzet köşklərini sancaq-muncuq “mağaza”sına çevirməklə, KİVDF ümidinə qoymaqla yox.

Cənab deputat deyir ki, qəzet ictimai missiya yerinə yetirir. Niyə? Və ya necə? Lap yuxarıdan götürürəm, min nüsxəsi satılmayan qəzet necə ictimai rəy formalaşdıra bilər. Üstəlik, onun məqsədi bilavasitə olayı olduğu kimi çatdırmaqdı, rəy yaratmaq, fikir formalaşdırmaq yox. Ona görə də yaxşı olar ki, Amaşov kimilər heç olmasa bu böhranlı günlərdə özlərini yox, xalqı düşünsünlər.

xural

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: