1 dollar 2,14 manat

Оставьте комментарий

09.03.2016 от Admin

10644451_10153982798769734_2816358332383830071_nValyuta alveri edənlər bidirirlər ki, son günlər Amerika puluna təlabat xeyli artıb, ekspertlər isə bəd proqnoz verirlər

Son günlər valtyuta bazarında baş verən dalğalanmalar artıq «qara bazar»ın nəzarətdən çıxmasına səbəb olub. Manatın dollar qarşısında dəyərdən düşməsi, banklarda xarici valyuta satışının dayandırılması və ya həyata keçirilməməsi, habelə insanlarda üçüncü devalivasiya qoruxusunun yaranması durumu daha da kritikləşdirib.

JAM.AZ xəbər verir ki, manatın bundan sonrakı taleyi ilə bağlı ekspertlər də nikbin deyillər. Məsələn, Vüqar Bayramov bildirir ki, Mərkəzi Banka güvəni qalmayan insanlar əllərində olan manatı dollara çevirməyə çalışırlar. Həmçinin onu da qeyd edir ki, yaxın vaxtlarda 1 dollar 2 manat həddində olacaq.

Digər ekspertlər də qeyd edirlər ki, manatın məzənnəsi dollar qarşısında nisbi də olsa, sabit qala bilər. Amma dünyada baş verən proseslər fonunda, Azərbaycanın iqtisadi potensialının olmaması səbəbindən manatın dollar qarşısında duruş gətirməsi imkansızdır. Onlar məzənnənin 1 dollar-1,98/2 manat civarında ola biləcəyini düşünürlər.

JAM.AZ xəbər verir ki, Mərkəzi Bankın yerli bankların dollara olan təlabatını qarşılaya bilməməsi, araya istirahət gününün düşməsi və digər səbəblərdən dolayı «qara bazar»da əsl ajiotaj yaşanır. Belə ki, ötən gün axşam saatlarında bazarda 1 dollar 2 manat olsa da, bu gün günorta saatlarından sonra qiymətdə fərqlər əmələ gəlməyə başlayıb. Məlumatlarda deyilir ki, dünən axşam saatlarına yaxın «qara bazar»da 1 dolların satış qiyməti 2,14 manata qədər qalxıb.

Bazardakı şəxslərin dediyinə görə, dolların bu şəkildə bahalaşması bankların əllərindəki valyutanı satmaması, habelə daxildə yaranmış təlabatdır. Onlar bildirirlər ki, həm devalivasiya qorxusu, həm də dollara olan təlabat insanları «qara bazar»a gətirib çıxarır. Orada isə qiymətlər tələb və təklifə görə müəyyən edildiyindən bahalıq və ucuzluq halları baş verir.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: