Qarabağ itkisi yada düşmür, İlham Əliyev kimileri Las Veqas ve Monte Karlonun kazinolarında qumar oynamaqla məşquldular.

Оставьте комментарий

10.03.2016 от Admin

1929955_10154036137694734_49266902268718234_nHalımız pisdi, fənadır, yada düşmür Qarabağ

Bu böyük dərdi-bəladır, yada düşmür Qarabağ

Quru dillərdə duadır, yada düşmür Qarabağ…!

Torpaqlarımız işğal altındadır. Amma bu fakt musiqimizə, ədəbiyyyatımıza öz möhürünü vura bilməyib. Hər halda mənə elə gəlir. Və dəmir-beton “nə etmək olar, bir dəfə yaşayırıq” məntiqi az qala bütün ruhumuza hakim kəsilib. Hamı öz işindədir. Belə çıxır ki, unudulur Qarabağ yavaş-yavaş?

Qınamayın məni, hərdən fikirləşirəm ki, indiki halda Qarabağ mövzusu bu məmləkətdə çoxuna divident qazanmaqçün lazımdı. Adında  “Qarabağ” sözü olan nə qədər təşkilat var. Amma Qarabağı qaytarmaq, qaçqın, köçkün  dərdini ovundurmaq üçün onların heç biri  çeçələ barmaq boyda da iş görməyib. Qol çırmayıb iş görənlər olmasa da, Qarabağ adını, qaçqın kəlməsini  başının üstündə bayraq eləyənlər nə qədər desən. Bir -iki əsəri saymasaq,  müharibə acısı öz eqosunun əsirinə çevrilmiş əxlaqsız təxəyyüllü  “yazarlar”la dolub daşan  ədəbiyyatımıza  bu mövzunun tezliklə sirayət eləyəcəyinə dair bir işıq ucu görünmür, təəssüf ki.

Biz şüarla danışmağı sevirik, bu gerçəyi dəyişə bilmərik. Bilirsiz, əslində bu məsələni sırf medianın üzərinə atıb da ondan xarüqələr yaratmasını gözləmək də doğru deyil. təbliğat hər yerdə aparılmalıdır. Hər səhər məktəbin qarşısında dövlət himnini ala-yarımçıq oxuyub sinifə daxil olmaq azdı, əzizlərim. Dərsliklərdə müharibə mövzusu quru statistikadan o yana keçmir. Uşaqlara müharibənin gerçək üzünü göstərmək, onları arzuladığımız ruhda böyüdə bolməmiz üçün sizcə bu yetərlimidir?

Belkə azart oyunari sevən İlham Əliyev torpaqları qumarda uduzub?

Riyad Əliyev

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: