Heydər Əliyevə hesabına var-dövlət və mənsəb qazananlar ona “ümummilli lider”deyilar, yerdə qalanlar onun diktator olduğunu bililar

Оставьте комментарий

12.03.2016 от Admin

imagesƏrəb diktatorlar bir-birinin dalınca güdaza gedir. Nəyin güdazına? Tamahkarlığın, acgözlüyün, hakimiyyət hərisliyinin… Diktatorları hakimiyyətə bağlayan müqəddəs heç bir duyğu yoxdur. Amma diktatorlar hakimiyyəti insanların ən müqəddəs dəyərlərini – duyğularını sinikcəsinə istismarla zəbt edirlər.
Hüsnü Mübarək, “mən hakimiyyət hərisi deyiləm” dedi. Müəmmər Qəddafi özünün heç nəyə yaramayan “Yaşıl kitab”ı ilə Liviya ərəblərinin zəhləsini tökmüşdü. O biri diktatorların da bu cür “müqəddəs” arqumentləri vardı. Amma bu arqumentlər yalnız onların öz bütpərəst təfəkkürlərinin və material iddialarının doğduğu “müqəddəsat”dır. Bu dəyərlər normal və şüuru bəşəri bilik, vərdiş və həyat üçün hesablanmış bütün insanlar üçün müqəddəs deyil, iyrəncdir.
Bugünlərdə Azərbaycanda bir kitab çıxıb. Bu kitabın müəllifi iddia edir ki, “Heydər Əliyev peyğəmbərdir, onun oğlu Ilham Əliyev isə peyğəmbərin varisidir”. Mən bu kitabı yazan insanın dəyərlərinin hansı meyarlar əsasında müəyyənləşə biləcəyi barədə mülahizələr yürütmək istəmirəm. Amma birmənalı olaraq dərk edirəm ki, bu sayaq iddialar təsadüfdən irəli sürülmür. Bu iddialar zərurətdən də yaranmır. Onlar ənənələr üzərində doğur. Çağdaş Azərbaycanın iyrənc gerçəkliyini oluşduran ənənələr üzərində.
Heydər Əliyev tipik diktator idi. Bu gün bir-birinin ardınca devrilən ərəb diktatorların sırasından olan bir diktator. Onun oğlu Ilham Əliyev də həmin sıradan olan diktatorlardan biridir. Yalnız diktatorlar özlərinin bu qədər fetişləşdirilməsinə rəvac verirlər. Yalnız onlar yaltaqlığın və məddahlığın ürək bulandıran ölçüsündə özlərini rahat hiss edirlər.
“Heydər Əliyev peyğəmbərdir” ifadəsi ortalığa birdən-birə çıxmayıb ki… Bu vaxta qədər dəfələrlə müxtəlif azərbaycanlıların dilindən hətta “Heydər Əliyev bizim Allahımızdır” kimi ifadələr də səslənib və bu cür ifadələr hər zaman yaramaz bir sükutla, vicdansızcasına razılıqla, ən yaxşı halda passiv (müşahidə olunmayan) etirazla qarşılanıb.
Heydər Əliyev Azərbaycanda dünyəvi bir hökumətin başçısı idi. Onun hesabına var-dövlət və mənsəb qazananlar onu “ümummilli lider”, yerdə qalan bütün azərbaycanlılar isə Azərbaycanda avtoritar bir rejim yaradan, Sovet hökumətinin zamanında isə burada ən qəddar üsuli-idarənin əsasını qoyub minlərlə insanı sovet repressiya maşınının təkər- ləri altına atan bir hökumət başçısıdır. Onun oğlu Ilham Əliyev isə ölkə vətəndaşlarına münasibətdə atasından daha qəddar mövqe tutan, iri və çox iri neft pulları hesabına çox iri bir repressiya aparatı yaradan, dövlətin idarə edilməsində qanunsuz vasitələrin istifadəsini maksimum həddə çatdırmağı, korrupsiya hesabına dövlət əmlakının misilsiz səviyyədə mənimsənilməsini təşkil etməyi bacaran hakimiyyət rəhbəridir. Onların hər ikisi hakimiyyətin idarə edilməsində klan quruculuğu və klanları istiqamətləndirmək, yalnız bu klanların mənafelərini təmin etmək prinsipini sarsılmaz xətt kimi intixab etmiş dövlət başçılarıdır. Onlar bu sayaq idarəçiliyin hesabına öz klanlarını Azərbaycanın və dünyanın ən varlı ailəsinə çevirməyi bacarmış, milləti isə dünyanın ən yoxsul millətləri səviyyəsinə endirmişlər.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: