Belə prezidenti pampers ogrusu adlandirmaq olar

Оставьте комментарий

13.03.2016 от Admin

12651275_10154051034359734_8971137797151886981_nMilli Məclisdə keçirilən büdcə müzakirələri zamanı deputat Fazil Mustafa Azərbaycanda doğulan uşağa verilən müavinətin azlığından danışıb. “Azərbaycanda doğulan uşağa verilən müavinət 75 manatdır. Amma xaricdən alınan cins heyvanın doğduğu buzova görə fermerə 100 manat ödənilir. Zəngin insan bunu ötüşdürə bilər. Amma kasıb ailə üçün bu çox vacibdir və uşağın xərcləri baxımından bu vəsait azdır. Təşəbbüs qaldırılaraq bunun üzərinə gedilməlidir. Bu məsələ həll edilməlidir və uşağın həyatı ilə bağlı məsələ barədə düşünməliyik.

Hazırda ölkəmizdə uşağın anadan olmasına görə bir dəfəlik müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə 2013-cü il 1 sentyabr tarixindən 90 manat müəyyənləşdirilib. İşləyən qadın «analıq məzuniyyəti» dövründə hər  ay üçün müavinət alır. Ana işə çıxmırsa, uşağı 1 yaş yarıma çatanadək 20 manat müavinət, 3 yaşadək isə 15 manat ödənilir.
Ancaq məsələ ondadır ki, bu yardımdan işləməyən analar məhrum olunub. Onlar yalnız birdəfəlik 90 manat məbləğində yardım ala bilər. Onu da qeyd edək ki, 2006-cı ilin yanvarınadək 18 yaşadək uşaqlara müavinət verilirdi. Həmin vaxt bunun məbləği 1 manat 80 qəpik təşkil edirdi. Həmin il bu, ləğv edildi və əvəzində bir dəfəlik müavinət müəyyən olundu. Yalnız ailədə uşaqların sayı 5 nəfərdən çoxdursa, o zaman 18 yaşadək hər uşağa 30 manat müavinət verilir.

arici ölkələrdə uşağa görə verilən müavinət xeyli yüksəkdir. Məsələn, Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa görə 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Avropaya gəlincə, burada müavinətlər bizim üçün fantastika kimi görsənə bilər. Almaniyada hər bir uşağa 3 yaşınadək ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada hətta uşaq dünyaya gəlməmiş ana uşağa görə müavinət alır. Britaniyada isə birdəfəlik yardım 500 funsterlinqdir. Bəzi Ərəb ölkələrində isə bu məbləğ düz 20 min dollardan başlayır.
Görəsən İlham Əliyev nevelerin 90 manatla temin edir? Niya bu prezident doğulan uşağlarin pampers puluni ogurlayir?!

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: