Ölkənin mafioz ailəsi Paşayevlər və kukla prezident

1

21.03.2016 от Admin

08Los Angeles Times-da verilən bir məqalədə başlıq belə idi: “Həyat yoldaşının yerini ala biləcək qədər güclü bir qadın.” Bu güc onun genlərində var, çünki 1984-cü ildə İlham Əliyevlə evlənən Mehriban Əliyevanın həyat hekayəsi “Zoluşka”-nın nağılından çox daha fərqlidir.Mehriban güc ilə həyat yoldaşının sayəsində tanış olmadı; o, ölkənin güclü mafioz ailələrindən biri olan “Paşayevlərin” bir nümayəndəsidir,iradesiz prezidenta tam bu ailə kontrol edir. Paşayev ailəsinin digər üzvləri hökümətdə və elmdə mühüm yerlər tutublar. Mehriban Əliyevanın əmisi Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, Diplomatiya Akademiyasinin rektoru Hafiz Paşayevdir. Fizika və riyaziyyat sahəsində elmi dərəcəyə sahib olan atası Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur. Bacısı Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Bakı bölməsinin rektoruı, həm də “Nərgiz” adlı moda jurnalının sahibidir. Paşa Bank, Paşa Siğorta, Paşa Construction, Paşa Travel adlı şirkətlər, Lider TV və Nərgiz kosmetika firması da Paşayev ailəsinə məxsusdur.

Guggenhaim Muzeyini Xəzər dənizinin sahilində açmaq xəyalı baş tutmayınca Əliyeva, Müasir Sənət Muzeyini yaratdı. Muzeydə öz portretlərini asdırdığı üçün tənqid olunsa da, muzey önəmli şəhər mirasları arasında özünə yer tapıb.

Sultan və şahzadələri memarlıq sahəsində də boş dayanmadı. Mehriban Əliyeva və qızı Leyla 2012-ci ildə Bakıda keçirilən Eurovision yarışmasından əvvəl Bakı küçələrinə də “əl gəzdirdilər.”

Heydər Əliyev Fondunun prezidenti olan Mehriban Əliyeva, şəhərin ən populyar ticarət mərkəzi olan “Neftçilər prospektini” başdan ayağa bərpa etdi, işıqlandırdı. Mehriban Əliyeva və qızının Escadadan Armaniyaya qədər bütün məşhur markaları topladığı bu küçə artıq “Kiçik Paris” olaraq tanınır. Bir iddiaya görə markaların çoxu da Leyla Əliyevaya aiddir.

One thought on “Ölkənin mafioz ailəsi Paşayevlər və kukla prezident

  1. Elman:

    Xalq razı olmaz!

    Нравится

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: