Xalqı olmayan prezident

Оставьте комментарий

23.03.2016 от Admin

12247145_465001813703538_3073707705829966913_nHər zaman xalqın adından danışan, xalqın bunu seçdiyini söyləyən İlham Əliyevin əslində heç də xalqı yoxdur. Bunu hamıdan yaxşı onun özü bilir. Ona görə işdən evə, evdən də işə gedəndə minlərlə polis işçiləri yollarda, minlərlə insan da rollarda əsəb xəstəliyitutulur.

     O bu xalqın səsini artıq çoxdan eşitmir, xalqı qarışqa gözündə görür. Onun talançı və monopolist bir komandası var. Həmin komanda bu xalqın anasını ağlatmaqla məşğuldur. Bu xalqın evini başına uçururlar, çırağını keçirirlər, qarşılığında heç bir kompensayisya vermirlər. Bu xalqın udmağa havasını tozla əvəzləyiblər. İllərdir bu ölkə toz-torpağın, palçığın içindədir. Bu xalqın qida təhlükəsizliyi yox, ölüm faizi artmaqda, ölümlər isə gəncləşməkdə davam edir. İlham Əliyevin xalqı var!? Yoxdur!

Hökumətin acgöz, yarıtmaz, anti-xalq siyasəti öz “bəhrə”sini verməkdədir. Onsuz da əhalinin vəziyyəti ağır idi. Milli valyutanın 48 faizlik devalvasiyasından sonra vəziyyət daha da ağırlaşdı. Demək olar, bütün növ məhsulların qiyməti qalxıb. Gündəlik təlabat mallarının qiymətinin 40 faiz qalxması milyonlarla insan üçün ağır zərbədir. Hətta çörəyin də qiyməti artıb, yaxud çəkisi aşağa salınıb.Bir sözlə, hamı qan ağlayır, adamlar bir-birinə “axırımız necə olacaq” sualı verir.İlham Əliyev növbəti dəfə vətəndaşı aldatdı. Illərlə insanların başının altına “yastıq” qoyub, milyardları ölkədən oğurladılar. Bu azmış kimi “milli valyuta sabit qalacaq” vədi verib, bankda pulu olanları, kredit borcu olanları zərbə altına saldılar. Və hər dəfə belə ağır şərait yarananda “süni qiymət artıranlar cəzalandırılacaq” təbliğatı aparıb, insanları aldadırlar.İlham Əliyevin xalqı var!? Yoxdur!12247145_465001813703538_3073707705829966913_n

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: