Daha 78 nəfər işverən olaca

Оставьте комментарий

18.04.2016 от Admin

12305998_1663593577249764_1071547926_nRamil Usubov aprelin 15-də polisdə işləmək istəyən vətəndaşların sıra baxışını keçirərək, onların arasından seçim edib.

DİN mətbuat xidmətinin məlumatında bildirilir ki, seçim “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi haqqında” prezident fərmanının icrası çərçivəsində 5 şəhər və rayondan olan vətəndaşlar arasında aparılıb.

Nazirin görüşü Sumqayıt Şəhər Polis İdarəsində baş tutub.

Nazir – Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan sakinləri arasında seçim edib. Sıra baxışında sözügedən rayonlardan gələn 125 nəfər iştirak edib. Ramil Usubov onlardan 20-ni polis və Daxili Qoşunlarda xidmətə, 78 nəfəri isə mülki işçi vəzifələrinə namizəd kimi seçib. Seçilənlərin sənədlərinin hazırlanması üçün müvafiq qurumların rəhbərlərinə göstərişlər verilib.

Seçimdən sonra, daxili işlər naziri namizədlər qarşısında çıxış edib. Nazir seçilənləri təbrik edib. Yüksək keyfiyyətlərə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətə cəlb edilmələri üçün zəruri addımların davam edəcəyini bildirib.

İlham Əliyev martın 3-də ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalamışdı. Həmin fərmana görə, polis orqanları ilə əməkdaşlıq edən şəxslərə DİN-in mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil ediləcək.

netxeber.com

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: