YAP Hakimiyyəti vətənpərvər vətən oğullarını belə məhv edir !!!

Оставьте комментарий

26.04.2016 от Admin

aqedirovYAP hakimiyyətinin əlindən canını güclə qurtarmış Azər Qədirov Avropada siyasi mühacir Kimi yaşayan minlərlə azərbaycanlırmızdan biridir. Azər Qədirov 9 iyun 1983-çü ildə Sabirabad rayonunda anadan olub. Ali təhsillidir. Azərbaycan Dövlət Neft Akademiyasının ” Kimya Texnalogiya ” fakultesinin qırmızı diplomla məzunu olub. Azər Qədirov 2000-ci ildə Binəqədi Neft Qaz Çıxarma idarəsində çilingər şagirdi vəzifəsinə qəbul olaraq Neft sənayesində iş kariyerinə başlamışdır. Sonradan Neft sənayesində savadlı və bacarıqlı Neft mühēndisinə çevrilərək SOCAR-da müəyyən vəzifələrdə çalışmışdır. Ailəlidir və 2 övladı var. Azər Qədirov 2012-ci ilin sonuna qədər öz ailəsi ilə Bakı şəhərində çox xoşbəxt yaşamışdır. Bu xoşbəxtçilik 2012-ci ilin sonunda ” AVANQARD BAKU ” şirkətindən gələn təklifdən sonra bitmişdir. Azər Qədirov ” AVANQARD BAKU ” şirkətində 2012-ci ilin dekabr ayında icraçı direktorun tecsizat məsələri və işin təşkili üzrə müavin işinə başlayır. Bir müddət sonra Azər Qədirovdan qeyri-qanuni olaraq pul tələb olunub. Ona məcbur edirlərmiş ki,şirkətin gündəlik xərcinin üstünə 20-25% artıq xərc yazılsın və bu pul rüşvət olaraq Azərbaycan Hakimiyyətində işləyən ən yüksək vəzifəli şəxsə getmelidir. Azər Qədirov buna etirazını bildirib. Azər Qədirov şirkət rəhbərinə bildirib ki,bu vətənə,xalqa xəyanətdir. Həm də ki,bu haramdır. Mən həm Allahdan qorxuram həm də mən vətənimə və xalqıma xəyanət saydığım üçün bunu edə bilmərəm. Bunu etməyən Azər Qədirov YAP hakimiyyətinin qəzəbinə tuş gələrək hədəfinə çevrilib. Azər Qədirov keçmiş MTN-nin Masazir qəsəbəsində kod adı ” PARNİKLİK ” adlanan gizli həbisxanada 36 gün həbisdə saxlanılaraq ağla gəlməz və insanlığa sığmayan inşgəncərə məruz qalmışdır. Azər Qədirova baş nahiyəsinə elektrik verilmiş,döyülmə zamanı başının alın nahiyəsinin sümüyünü və dişlərini sındıraraq,bədənini kimyəvi maddələrlə yandıraraq,dırnaqları çıxarılaraq,diri – diri soyducuda dondurularaq ( buna Çin işgəncəsidə deyilir ) işgəncələr olmuşdur. Azər Qədirov azad olandan bir müddət sonra yenidən həbs olunaraq 8 gün MTN-nin təcridxanasinda salınaraq hər gün yenidən işgəncələrə məruz qalmışdır. 8-ci gün Azər Qədirovun kürək nahiyəsindən ürəyinə peçdə qizdirilmiş şiş soxulmuş sonradan Sahil qəsəbəsində dəniz kənarına atılmışdır. Bu gün Azər Qədirov Almaniyada yaşayır. Amma buna baxmayaraq YAP hakimiyyəti ondan əl cəkmir. Bu gün Azər Qədirovun ailə üzvləri,qohumları,dostları Azərbaycanda təhdid və təziq altındadır. Dəfələrlə ailə üzvləri,qohumları və dostları polis və xarici kəşfiyyat idarələrinə aparılaraq onlara hədə-qorxular gəliblər. Azər Qədirovun ailə üzvləri,qohumları və dostları təqib olunur,onların telefon danışıqları dinlənilir. Bu gün Azərbaycanda vətənini və millətini sevən oğullarımızı YAP hakimiyyəti öz mənafeyi üçün məhf edir. Azər Qədirovda vətənimizin bu oğullarından biridir. O,vetenimizin,xalqımızın haqqı olan pulların ogurlanmaması deyə etiraz etdiyi üçün işgəncələrə,haqsızlıqlara məruz qalaraq vətəndən didərgin düşmüşdür.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: