Ombudsman ne vaxt narahat olacaq?
Оставьте комментарий19.05.2016 от Admin
Bir qrup keçmiş siyasi məhbus gənc fəallar Bayram Məmmədov və Qiyasəddin İbrahimə işgəncə verilməsi haqda iddiaların araşdırılması tələbi ilə dövlət orqanlarına müraciət edib.
Müraciətdə mayın 11-də həbs edilən Bayram Məmmədov və Qiyasəddin İbrahimin vəkilləri Elçin Sadıqova istinadla bildirilir ki, gənc fəallarıa polis məntəqələrində saxlandıqları zaman işgəncə verilib, onlar qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalıblar.
“Gənclərin yaydığı məlumatda çox dəhşətli faktlardan söhbət açılır. Media nümayəndələrinin olayla bağlı hüquq-mühafizə orqanlarına və digər səlahiyyətli qurumlara ünvanladığı suallara verilən cavablar da dövlətin bu faktları araşdırmaq fikrinin olmadığını göstərir. Belə ki, jurnalistlərin Daxili İşlər Nazirliyinin (DİN) və Respublika Prokurorluğunun mətbuat xidmətindən işgəncə iddialarının araşdırılması barədə məlumat almaq cəhdi uğursuzluqla nəticələnib. Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, 1 saylı Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra Bayram Məmmədov və Qiyas İbrahimov Təcridxananın əməkdaşlarına işgəncə izlərini göstərdikdən sonra onlara bildirilib ki, həkim çağırıb müayinə edəcəklər. Lakin bu günə qədər gənclər həkim müayinəsindən keçirilməyiblər. Xətai Rayon Məhkəməsi işgəncə hallarının olub-olmamasının araşdırılması barədə qərar verib. Ancaq qərardan 6 gün keçməsinə baxmayaraq prokurorluqda işgəncə halını araşdırmalı olan məsul şəxs vəkillə və gənclərlə görüşməyib. Bütün bu faktlar dövlət orqanlarının hadisəni ört-basdır etmək niyyətinin olmasını düşünməyə əsas verir. “Ombudsman Elmire Suleymanova, goresen, ne vaxt narahat olacaq?Heç bir vaxt narahat olmayacaqdır ona görə ki, onu belə bir hallar ümumiyyətlə narahat etməyib, etmir və etməyəcəkdir.