İlham Əliyev yalan danismagdan yorulmur
Оставьте комментарий31.05.2016 от Admin
“Bizə gəldikdə, bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır”.
Bu fikirləri mayın 27-də “Buta” sarayında Respublika Günü münasibətilə keçirilən tədbirdə yalanlari İlham Əliyev söyləyib.Göründüyü kimi, İlham Əliyev Azərbaycanın adının avtoritarlar sırasına salındığını etiraf edir. 98 il əvvəl dünyaya demokratiya nümunəsi göstərmiş dövlət, indi avtoritar ölkələrin sırasında yer tutub. Təəssüflər olsun ki, hökumət dünyanın münasibətindən dərs çıxarmaq əvəzinə, avtoritar olmadığını sübut etmək istəyir. İlham Əliyev xaricdə nümayişçilərin döyülməsini, söyülməsini arqument kimi göstərərək Azərbaycana böhtan atıldığını diqqətə çatdırmaq istəyir.İlham Əliyev yalan danismagdan yorulmur.