lham Əliyevin alovlu ,yalan dolu bəyanatları və Ramiz Mehdiyev
Оставьте комментарий10.06.2016 от Admin
PA rəhbəri aptal Ramiz Mehdiyevin “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi” başlıqlı məqaləsi hələ də müzakirə mövzusudur. Biz də ötən yazılarımızda məlum məqaləylə bağlı müəyyən şərhlərimizi vermişdik.
Ilk baxışdan bu məqalə daha çox hakimiyyətdaxili ziddiyyətlərin təzahürü kimi görünürdü. Çünki, hökumətin ağır maliyyə böhranı yaşadığı, Qərbin maliyyə institutları ilə əməkdaşlığın zərurətə çevrildiyi və Ilham Əliyevin bu istiqamətdə müəyyən cəhdlərinin olduğu vaxtda anti-Qərb təbliğatının yenidən start götürməsi ciddi ziddiyyətdən xəbər verirdi. Amma sonrakı mərhələdə “Azərbaycan”, “Yeni Azərbaycan” kimi qəzetlərin bu məqaləni tam şəkildə tirajlamsı onu göstərdi ki, Mehdiyevin məqaləsi ümumi siyasətin yetişdirdiyi meyvədir. O zaman aydın olur ki, Ilham Əliyevin yalanci alovlu bəyanatları, Qərblə əməkdaşlıqda maraqlı olduğunu ifadə etməsi görüntüdür, manevrdir. Ya da ki, Ramiz Mehdiyev məqalədəki mövqeyində haqlı olduğunu ümumi komandaya yenidən qəbul etdirə bilib və ağsaqqlla həmrəylik təmin olunub.