Ağcaqanadlar və Milçəklər

Оставьте комментарий

26.06.2016 от Admin

panama-belgelerinden-aliyev-in-kizlari-da-cikti-8331301_8949_m.jpgİlham Əliyevin qıları Ağcaqanadlar və Milçəklərdi,sozsuzdə quşdular.Bakıya təyyarə ilə gələnləri hava limanındakı posterlərdə “SW” şirkətinin reklamları qarşılayır. İlk baxışda bu adi reklamdır, məsələnin dərinliyinə gedəndə isə məlum olur ki, bu reklamın altında çoxlu qaranlıq məsələlər, dövlət əmlakının məmurlar tərəfindən qanunsuz mənimsənilməsi barədə şübhələrə yol açan məqamlar var.
“Silkway Holding”in tərkibini nəzərdən keçirəndə ilk növbədə holdinqə daxil olan “Silkwaybank”ın təsisçiləri diqqətimizi cəlb etdi.Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2008-ci il dekabrın 11-də tərtib etdiyi səhmlərin emissiya prospektində Silkwaybank”ın 3 təsisçi tərəfindən yaradıldığı göstərilir.

Təsisçilərdən biri hüquqi şəxsdir: “Silk Way Airlines” şirkətidir.f9370c974a4b

Bankın digər 2 sahibinin adları isə belədir: Əliyeva Arzu İlham qızıHəmzəyeva Zərifə Kamil qızı.Arzu Əliyeva və Zərifə Həmzəyevanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin emissiya prospektində göstərilən  ünvanlarını Mərkəzi Seçki komissiyasının seçicilər siyahısı ilə tutuşdurduq.

Məlum oldu ki, birinci ilə eyni ünvanda Əliyeva Leyla İlham qızı(prezidentin seçici yaşında olan digər qızının adı), ikinci təsisçinin ünvanında isə Əsgərov Cahangir Cəlal oğlu (AZAL prezidenti) qeydə alınıb.

Üst-üstə düşən təkcə adlar yox, həm də doğum illəridir.

Əlbəttə rəsmi dairələrin və ya adı hallanan şəxslərin münasibəti olmadan iddia etmək ki, söhbət məhz AZAL rəhbərinin həyat yoldaşı və prezidentin qızından gedir, düzgün olmazdı. Amma bu qədər təsadüfün belə bir dar çərçivədə cəmlənməsinin hətta ehtimal nəzəriyyəsində izahı yoxdur.

Bunlar prezident İlham Əliyevin qızı və AZAL-ın rəhbəri Cahangir Əsgərovun həyat yoldaşı olmaya?

Bu və digər suallara  cavab tapmaq üçün iyulun 5-də AZAL dövlət konserninə, iyulun 22-də isə Prezident Aparatına məktublar göndərib, paralel araşdırmaya başladıq.

Prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov nəhayət ki, yazılı sorğumuza şifahi cavab verməyə razılaşdı, amma səsinin yazılmasına icazə vermədi. Azər Qasımov bildirdi ki, Silkway Bank emissiyası barədə adı keçən Arzu Əliyeva həqiqətən də prezident İlham Əliyevin qızıdır:

“Prezidentin qızı Azərbaycan vətəndaşıdır, yaşı imkan verir ki, o da digər Azərbaycan vətəndaşları kimi bizneslə məşğul olsun”.

Azərbaycan qanunları həqiqətən də Arzu Əliyeva və Zərifə Həmzəyevaya biznes qurmaq, o cümlədən, özəl bank təsis etməyi qadağan etmir. Amma əgər həmin biznesin əldə olunmasında qeyri-qanuni yollardan istifadə edilməyibsə.CxcLOx4NlWs

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: