“Heç gələn oldu ki?” Eziz dostlar aldigimiz melumata gore Ograş lham Əiyev 100 milyon hercleyib,cəmi 3 milyon gəlir gətirdi Formula-1.İyunun 17-19-da Bakıda keçirilmiş “Formula 1” yarışlarının üstündən 10 günə yaxın keçsə də, şəhərin küçələrində yarışların izi qalmaqdadır. Bakı bulvarında üstündə milli təsvirlər olan döşəkcələr yerdən yığışdırılaraq bir küncə toplanıb.
“Tikə kabab – 6 manat, lülə kabab – 5 manat” yazılmış lövhələr, şəhərin bəzi hissələrində “Formula 1”i izləməyə qurulmuş oturacaqlar, yolları adamlardan ayıran arakəsmələr olduğu kimi qalır.
Bəzi zibil qabları hələ də bu arkəsmələrin “mühasirəsindədir”. Həmin günlərdə diqqəti cəlb edən turistlərsə artıq yoxdur.
Hər belə tədbir zamanı Bakıya turistlərin gələcəyini səbirsizliklə gözləyən suvenir satıcıları isə həmin günlərin onlar üçün adi günlərdən fərqlənmədiyini deyirlər. Kamil Əliyev söyləyir ki, yarış ərəfəsində və yarış günlərində şəxsən onun mağazasının qapısını tək-tük adam açıb:
“Deyərdim ki, bəlkə “turist yoxdur” dediyimiz Avropa Oyunları, “Eurovizion” vaxtı Bakıda daha çox turist vardı. Gələn bir-iki turistin də bizə heç faydası olmadı. Adi günlərdə nə qazanırdıqsa, həmin günlər də gəlirimiz o cür oldu”.