‘İlham Əliyev bütün gecəni yatmayib

Оставьте комментарий

17.07.2016 от Admin

635952477502395036-1922305980_shrek pose.jpgBiz bu prosesləri narahatlıqla izlədik. Şreka ohşayan İlham Əliyev  də bütün gecəni çox narahat olub,gecəni yatmayib.Türkiyədə iyulun 15-i gec saatlarda başlayan hərbi çevriliş cəhdi Azərbaycanın ənənəvi və yeni – sosial mediasına anında sıçradı. Hadisələrin inkişafı anbaan təqib olundu, xəbərlər xəbərləri əvəzlədi. Əksər sosial şəbəkə fəalları, saytlar, onlayn media quruluşları çevriliş cəhdinin ilk dəqiqələrindən Türkiyənin özündə olduğu həssaslıqla xəbər yaydılar, münasibət bildirdilər. Bu, əlbəttə ki, təbii idi. Azərbaycan cəmiyyəti üçün söhbət dünyanın iri dövlətlərindən birində hansısa qaynar hadisədən ibarət deyil, qardaşın düşdüyü çətin vəziyyətlərdən biridir.

Türkiyədə bu gecə yaşananlar dünyanın da diqqət mərkəzində oldu. Baş verənlərə elə ilk saatlardaca ABŞ-dan Avropa Birliyindən Rusiyaya qədər rəsmi reaksiyalar verildi. Hadisələrin gedişi dünya xəbər lentinin axını oldu.Bütün bu həssaslıq içində bircə Azərbaycan iqtidarı qəribə “soyuqqanlılıq” nümayiş etdirdi. Oysa ən operativ və intensiv reaksiyalar məhz Azərbaycan hökumətindən olmalıydı. Amma Azərbaycan hökuməti son ana qədər susdu. Məsələn, Gürcüstan prezidentinin Təhlükəsizlik Şurasını gecəylə təcili toplayıb hadisələri sabaha qədər diqqətdə saxlaması fonunda Azərbaycan iqtidarı adından yalnız iyulun 16-ı saat 12 radələrində ilk reaksiyanın verilməsi utanc doğurur.

Bəli, Türkiyədə hərbi çevriliş riskinin yaşandığı saatlarda Azərbaycan hökumətinin səsini çıxarmaması tarixə birmənalı qiyməti ilə düşəcək – heç bir dəyərə, dostluğa, prinsipə sədaqəti olmayan fürsətcillər kimin qalib gələcəyini gözlədilər. Bu bilərəkdən yubanmanın başqa heç bir adı yoxdur. Yoxsa, Azərbaycan iqtidarında İlham Əliyevdən üzü aşağılara qədər hamı həmin saatlarda yatmamışdı ki?

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s

%d такие блоггеры, как: