H.Əliyevi zeherleyen Mehriban Əliyeva vitse-prezident olmaq isteyir

Оставьте комментарий

02.08.2016 от Admin

azerbaijan_mehriban_aliyeva_446xFTSentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Bu dəyişikliklərə görə, Azərbaycanda ilk dəfə olaraq vitse-prezident institutu yaradılır.Birinci vitse-prezidentliyə ən layiqli namizəd birinci g…. Mehriban Əliyevadir.“H.Əliyevin ölümü ilə qurulan fırıldaq nəticəsində İ.Əliyev Azərbaycanda hakimiyyəti ələ keçirib!!! H.Əliyevin ölümü Mehriban Əliyevanin cinayetlerin biridir, H.Əliyevi Mehriban Əliyeva zeherleyib.
Ona bu fırıldaqda bir neçə ölkənin xüsusi xidmət orqanları yardım edib ki, təbii olaraq, indi də İlham Əliyevin bütün fəaliyyətinə rəhbərlik edirlər!!!
Onlar Azərbaycanda hakimiyyəti qəsb etmiş bir prezidenti iradəsiz marianetkaya çevirib, öz siyasi ambisiya və planlarını həyata keçirirlər.”İlk insan yarandığı gündən bu yana ölüm həmişə insanları narahat edən mövzu olub. Ölümdən sonra həyat varmi? Öz fiziki ölümündən sonra da, insan dünya işlərinə əl apara bilirmi? Bu suallar dünya durduqca durur. Məni isə maraqlandıran, bu sualların mistik cavabları deyil, bir insanın ölümünün sirləridir. Bu insan Heydər Əlirza oğlu Əliyevdir. O, öz ölümündən sonra, öğlunu prezident təyin etməyə necə müəssər oldu görəsən? Özü də hələ çox gənc olsa da, hər halda, bir dövlətə… Tam 6 ay bundan əvvəl, Klivlendə səfərimdən sonra, bir məqalə yazdım və Voskanapat.info bunu məmnuniyyətlə öz səhifələrində yerləşdirdi. Azərbaycandan cavab və ya hər hansı bir reaksiya gözləmirdim, axı, bu ölkədə elə movzular var ki, onlara qadağa qoyulub. Məsələn, elə bu mövzunun özü. Lakin məhz bu qadağa, başqa ölkələr üçün normal olsa da, mənim marağımı daha da alovlandırdı. Mən “200″ saylı yükün və ya bəlkə də xəstə bir insanın səyahətinin xronikasını öyrənməkdə davam etdim. Bu dəfə Klivlendə səfər gərək olmadı, buna baxmayaraq, virtual olaraq, onun 2-ci Dünya müharibəsi illərində Franklin Delano Ruzveltin silahdaşı olan Harri Loyald Qopkinsin adıyla şərəfləndirilən hava limanında ola bildim. Hava limanı bizim araşdırmanın ən vacib həlqəsidir çünki rəsmi sənədlərə əsasən məhz bu hava limanına 6 avqust 2003-cü ildə, göyərtəsində çoxsaylı həkim, assistentlər, şəxsi mühafizə dəstəsi və Azərbaycanın bir neçə rəsmi nümayəndəsi olan, Rusiyanın “МЧС ИЛ-62М” təyyarəsi enib. Həmin rəsmi məlumatlara görə, Azərbaycanın xəstə prezidenti Heydər Əliyev, daha doğrusu, ondan hər nə qalıbsa, bu təyyarənin göyərtəsində olub. Araşdırmamın detallarına keçməzdən əvvəl hörmətli oxucumun diqqətini o fakta yönəltmək istərdim ki, Heydər Əliyevin ABŞ-a nəqli haqqında indiyə qədər dünyanın heç bir KİV-lərində və internet saytlarında dəqiq məlumat olmayıb. Əslində bu informasiya həmin işə – Heydər Əliyevin ölümünü gizlətmə fırıldağına bulaşmış bir neçə ölkənin müvafiq orqanlarının qoruduğu bir informasiyadır. Daha doğrusu, indiyə qədər belə dəqiq informasiya olmamışdır, indi bu boşluğu Voskanapat.info vasitəsiylə doldurmağa çalışacağam. Azərbaycanın rəsmi mətbuat orqanlarının Heydər Əliyevin müalicəsinin gedişatı haqqında yaydığı məlumatlar güvən doğurmurdu, çünki bu məlumatlarda ziddiyyətlər çox idi. Amma onu da qeyd etmək lazımdır ki, o zamanın bəzi mətbu orqanları, rəsmilərin yalan məlumatlarına baxmayaraq, həqiqətə çox yaxınlaşmışdılar. Bir neçə sitat gətirəcəm, amma onlar uzun olacaq, bunu tədqiqat tələb edir. “… Bir neçə ay qabaq, Heydər Əliyevin şəxsi həkimi Paşa və Türkiyənin eks-prezidenti Süleyman Dəmirəlin köməkçisi Əli Nəcib Bakıya İ.Əliyevlə görüşmək üçün gəlmişdirlər. Amma qonaqların anlamadığı səbəbdən İlham Əliyev onlarla görüşdən imtina edib. Bu türk qonaqların xətrinə elə dəyib ki, onlar da buna cavab olaraq, İlhama müxalif qruplarla görüşdülər və restoranda nahar zamanı H.Əliyevin son günləri haqqında hər şeyi danışıblar. Türk həkimi Əli Nəcibin sözlərinə görə, H.Əliyev “Gülhanə” hospitalında, iyul ayında vəfat edib. Hospitalın rəhbərliyi həmən, Türkiyə rəsmilərini Azərbaycan prezidentinin ölümü haqqında məlumatlandırıblar. Bundan sonra, Türkiyə hökuməti, öz növbəsində, hospitalın rəhbərliyindən istəyib ki, ikincilər “Heydər Əliyevin vəziyyəti stabildir və yaxşıya doğru gedir” məlumatıyla çıxış etsin. Hərbçi insanlar kimi, hospitalın rəhbəri və Əliyevin şəxsi həkimi öz rəhbərlərinin əmrini yerinə yetirməyə məcbur olublar.

Sonra hadisələr necə cərəyan edib? Türk həkiminin sözlərinə görə, prezidentin ölüm xəbəri həmən Vaşinqtona çatdırılıb. Vaşinqtondan təlimat gəlib ki, Heydər Əliyevin oğlu İlhamdan başqa kimsəyə bu məlumat verilməsin. Bundan əlavə, Vaşinqton məlumat verib ki, H.Əliyevin cəsədi FHN-nin xüsusi təyyarəsi ilə Klivlendə aparılacaq. Bu dövrdə Vaşinqton və Moskva arasında H.Əliyevin cəsədinin daşınmasının təşkili üçün gücləndirilmiş danışıqlar aparılırdı və bu informasiyanın məxfi saxlanılması haqqında təlimat verilmişdi. Əməliyyata amerikan, rus, ingilis və turk xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilmiş və xüsusi əməliyyat hazırlanmışdı. S. Dəmirəlin köməkçisinin verdiyi informasiyaya əsasən, İlham Əliyev öz əliylə, öz baş nazir əmrini imzalamışdı, belə ki, H.Əliyev hospitalda olarkən, komaya yaxın vəziyyətdə olub. Ömrünün son günlərində H.Əliyevi gündəlik müayinə edən həkim Paşa bəyan edib ki, prezident bu günlər “özündə olmayıb”. PA rəsmilərindən sızan məlumatda da bu təsdiq edilir ki, İ.Əliyevin baş nazir əmrinin imzası H.Əliyevə məxsus deyil. Burada iki versiya var: ya bu imza, o zamanlar ustalıqla prezident H.Əliyevin imzasını eyniylə çəkməyi (saxtalaşdırmaq) öyrənmiş Bəylər Eyyubova aiddir, ya da bu faksdır. Əldə etdiyim məlumata əsasən, o zamanlar faks prezident aparatında yerləşirdi. Üçüncü ehtimal da özünün var olma haqqını tələb edir. İ.Əliyev, fors-major vəziyyətdə əlacsız qalaraq, özü əmri imzalayıb. Təbii, bu sualın doğru cavabı tarixçilər və ya Azərbaycanın, bu işin açılmasında maraqlı olan, başqa bir hökumətinin aparacağı müstəqil araşdırma nəticəsində veriləcək, heç şübhəsiz qrafoloqlar bu müəmmaya dəqiq cavab verə bilərlər.

13336074_848403001932018_7784247563533210742_n

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: