Camaat, qəti narahat olmayın. Azca konsalidasiya, bir az perependikulyasiya, bir o qədər də kunkulikasiya, bir dıqqanaq da manipulyasi etsəniz, hər şey düzələcək.Milli Bank camaata yavaş-yavaş QUQQULİKASİYA öyrədir… Tezliklə yeni “səslər” eşitsəniz, əsla və əsla narahat olmayın…Hamı düşüb Elmanın üstünə. İqtisadiyyatı olmayan ölkənin manatını heç Amerika da qoruya bilməzdi.Manatın “ölməsi” özü ilə növbəti bahalaşma dalğası da gətirir. Əgər satış nöqtələrində vitrinlərə diqqət edirsinizsə, bir sıra ərzaq mallarının qiymətlərində son günlər bahalaşma yaşanır.
Mərkəzi Bankın yanlış pul-kredit, o cümlədən məzənnə siyasəti daxili bazarlarda böyük çəkiyə malik olan idxal mallarının bahalşması zərurətini yaradıb. İstehsal ehtiyacları xaricdən asılı olan yerli istehsal müəssisələri də belə addım atmaq məcburiyyətindədir. İşığın, suyun qiymətini bahalaşdırmaqla digər yerli malların qiymətlərinin bahalaşmasına rəvac verəın Tarif Şurasının qərarlarını da saya alsaq, o zaman ölkə boyu yaşanacaq bahalaşmanın miqyasını aydın təsəvvür etmək mümkündür.
Bundan sonrakı dövrdə manatın dəyərdən düşməsi prosesinin daha da sürətlənəcəyi çox realdır. Deməli, növbəti bahalaşma da çox realdır. “Proses başlanıb” da demək olar.