“BANDOTDEL”DƏ SAXLANILAN JURNALİSTİ AİLƏSİ İLƏ TƏHDİD EDİBLƏR?

Оставьте комментарий

15.08.2016 от Admin

turme_hebs_000İyunun 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulan tanınmış jurnalist, Jam.az saytının (Jurnalist Araşdırma Mərkəzi) baş redaktoru Fikrət Fərəməzoğlunun həyat yoldaşı, İran İslam Respublikasının vətəndaşı Faiqə İbişbəyli (Nusreti) Sonolay.org-a xəbər vermişdir ki, əri ilə görüşməyə nail olub və ondan həbsi ilə bağlı bəzi təfərrüatları öyrənə bilib.

Sonolay.org xəbər verir ki, həmin məlumatların ictimailəşdirilməsini vacib hesab edən Faiqə xanım deyib ki, iyulun 2-də Nərimanov rayon Məhkəməsində Fikrətin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “Düz bir aydan çoxdur ki, qanunvericiliyin tələblərinə zidd olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Bir neçə satlığa istintaq təcridxanasına köçürülsə də, yenidən BMCMİ-nə qaytarılmışdır. İyulun 5-də vəkil Nemət Kərimli DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində jurnalist Fikrət Fərəməzoğluyla ğörüşüb, lakin məlum olmayan səbəblərdən Fikrət vəkildən imtina edib. Daha müəmmalı budur ki, Fikrət həbsindən apellyasiya şikayəti vermişdi, amma sonra necə olubsa, şikayətindən imtina edib. Məhkəmə prosesindən öncə hakim Həsən Əhmədovun katibi vəkilə zəng vuraraq iclasın təxirə salındığını bildirib, Fikrətin apellyasiya şikayətindən imtina etdiyini deyib. Fikrətdən öyrəndim ki, ona buraxılacağını vəd edib aldatmaq istəyiblər. Bu cəhdləri alınmayandan sonra onu ailəsi ilə təhdid edərək Kürdəxanıdan “bandotdelə” dönməsinə, vəkildən və apellyasiya şikayətindən imtina etməsinə nail olublar”.

Korrupsiyada ittiham olunan F. Fərəməzoğlunun rüşvət almasını əks etdirən əməliyyat çəkilişinin hüquq-mühafizə orqanları tərəfindən ortaya qoyulmadığını bildirən Faiqə xanım həmçinin xatırlatmışdır ki, müstəqil kütləvi informasiya vasitəsi olan Jam.az saytı hər hansı konkret siyasi-ideoloji təmayülü ilə fərqlənməyib. Amma saytda cəmiyyət həyatında müşahidə olunan neqativ hallara münasibət bildirilib, vəzifəsindən sui-istifadə edən məmurlar barədə tənqidi məqalələr yer alıb. Həmin məqalələr oxucular tərəfindən maraqla qarşılanıb və hüquqları tapdalanan bir çox vətəndaşın problemlərinin ictimailəşdirilməsinə, hüquqlarının bərpasına vəsilə olub.

Faiqə xanım artıq vətəndaşı olduğu İran İslam Respublikasının Azərbaycandakı səfirinə də müraciət etdiyini, bir sıra xarici ölkə jurnalistlərinin Fikrət Fərəməzoğlunun hüquqlarının müdafiəsi uğrunda aksiya keçirmək təşəbbüslərinin olduğunu vurğulayıb.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s

%d такие блоггеры, как: