Əliyev və onun məmurlari ölkədən 550 milyon dollar çıxarıblar

Оставьте комментарий

20.08.2016 от Admin

12573753_1683466621929126_7346297491594689953_nƏliyev və onun məmurlari ölkədən 550 milyon dollar çıxarıblar.YAP hakimiyyət ölkənin imicini zədələyib. Azərbaycan dünyanın 22 “qeyri-azad ölkəsi” siyahısına düşüb. Ölkənin valyutası il yarım ərzində 100 faizdən artıq dəyər itirib. Ölkədə bank sistemi iflasa uğrayıb, hüquq analayışı hüquqsuzluqla əvəzlənib.Bəli, Gürcüstan iqtisadiyyatına yatırılan investisiyanın hamısı kiçik sahibkarların payına düşmür. Araşdırma aparılsa məlum olar ki, bu 550 milyon dolların böyük hissəsi iri məmurların pullarıdı. Ölkədə vəziyyət o qədər acınacaqlıdır ki, məmurlar uzun illər ərzində haram yollarla yığdıqları pulları sığortalamaq istəyirlər. Hətta öz komandası da Ilham Əliyevin “azad biznes”, “sahibkarlığa dəstək”, “iqtisadiyyatın çiçəklənməsi” kimi qulağa xoş gələn sözlərinə inanmırlar.

Bugünlərdə isə daha bir məlumat yayıldı. Məlum oldu ki, Azərbaycan Gürcüstanda ən iri investorlardan biri olaraq qalır. Bu haqda Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatda deyilir. Məlumata əsasən, ötən il Azərbaycan bu ölkənin iqtisadiyyatına 550 milyon dollar birbaşa investisiya yatırıb. Bura özəl sektor vasitəsilə yatırılan investisiyalar da daxildir. Azərbaycanın yatırdığı investisiya Gürcüstana il ərzində qoyulan birbaşa xarici investisiyaların 35 faizini təşkil edib. Azərbaycan Gürcüstanda ən iri xarici investordur. Ötən il Böyük Britaniya bu ölkəyə 386 milyon dollar, Niderland 155 milyon dollar, Lüksemburq 106 milyon dollar, Türkiyə cəmi 73 milyon dollar birbaşa investisiya yatırıb.

Göründüyü kimi, Azərbaycanın özünün investisiyalara böyük ehtiyacı olduğu bir vaxtda, ölkədən kapital axını davam edir.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s

%d такие блоггеры, как: