3 yaşlı uşağı öldürən həkimlər

Оставьте комментарий

20.08.2016 от Admin

1471515492_1471515169.jpg2015-ci ilin avqustunda həkim səhlənkarlığı nəticəsində vəfat edən 3 yaşlı Səkinə Novruzovanın işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Zərərçəkən Elman Əliyevin Axar.az-a verdiyi məlumata görə, Nəsimi Məhkəməsində hakim Emin Mehdiyev Ə.A.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının həkimi Samirə Orucovanın 500 manat maddi və 500 manat mənəvi, Mərkəzi Klinikanın həkimi Sevinc Abdullayevanın isə 792 manat maddi və 500 manat mənəvi təzminat ödəməsi barədə qərar çıxarıb.

Zərərçəkən məhkəmənin qərarına etiraz edib. Onun sözlərinə görə, məhkəməyə təqdim olunan xəstəlik tarixçəsi həkimlərin səyi nəticəsində dəyişdirilib. Bu da qərarın verilməsində böyük rol oynayıb:

“Ötən ilin dekabrında Səhiyyə Nazirliyinə gedib xəstəlik tarixçəsinin xəstəxanadan alınmasında mənə yardım edilməsini xahiş etdim. Daha sonra Səhiyyə naziri Oqtay Şirəliyevin İmişli rayonunda vətəndaşlarla görüşü zamanı qəbulunda oldum, vəziyyəti izah etdim. Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov da orada idi. O.Şirəliyev G.Poladova tapşırıq verdi, dedi ki, bu məsələni araşdır, sabah 12-yə kimi mənə məlumat ver. Bu söhbətdən 4 ay keçdi, ancaq xəstəlik tarixçəsi xəstəxana tərəfindən yenə mənə verilmədi.

Yenə nazirlikdən kömək istədim, G.Poladovun müavini Yusif Babayev mənə dedi ki, siz özünüz Mərkəzi Klinikaya müraciət edin, vətəndaşların müraciətinə cavab verməyə borcludurlar.

Uzun çək-çevirdən sonra hakim Emin Mehdiyevdən vəsatət alıb Mərkəzi Klinikaya apardım. Klinikanın baş direktor müavini Ceyhun Topçubaşovla görüşdüm. Axır ki, martın 16-da xəstəlik tarixçəsini ala bildim”.

Zərərçəkənin sözlərinə görə, bu müddət ərzində xəstəlik tarixçəsinə düzəlişlər edilib:

“Sonradan bildim ki, Mərkəzi Klinikasının adıgedən həkimi xəstəlik tarixçəsində müəyyən düzəlişlər edib. Xəstəlik tarixçəsi demək olar ki, təzədən yazılıb. Qeyd olunub ki, Mərkəzi Klinikanın həkimi guya bizə FMF diaqnozu ilə bağlı genetik analizlərin Türkiyəyə göndərilməsini təklif edib, biz də maddi sıxıntı ucbatından buna etiraz etmişik. Amma FMF diaqnozunun 1 günə qoyulması faktı burada da həkimi çətinə salır. Hakim də sual verdi ki, FMF diaqnozu 1 günə necə qoyula bilər. Həmin laboratoriya şəraiti Azərbaycanda olmadığı üçün bu, azı 40 gün çəkməlidir. Qarşı tərəfin də cavabı belə oldu ki, guya onlar bizi axtarıblar, amma tapa bilməyiblər”.

E.Əliyev patoloji ekspertizanın rəyinin belə məhkəmə qərarına təsir etmədiyini bildirib:

“Sona qədər hakim Emin Mehdiyev onları cinayətkar adlandırırdı, xüsusi qərar hazırlayıb prokurorluğa göndərəcəyini deyirdi. Hətta patoloji ekspertizanın rəyində yazır ki, hər iki xəstəxananın həkiminin qoyduğu diaqnoz düzgün olmayıb. Hətta yazır ki, iki ay qızdırmanı sala bilməyiblər. Gəlin özümüzdən götürək, 3 gün qızdırmalı olsaq, hansı hala düşərik? 3 yaşlı uşaq isə 60 gün qızdırmalı olub. Bu, cinayət deyilmi? Niyə kompüter tomoqrafiyasına, qan institutuna göndərilmədi?

Mənə 500 manat mənəvi ziyan ödənilməsi ilə bağlı qərar çıxarılıb. Belə çıxır ki, mənə 500 manat ziyan dəyib? Mənim tək balamı öldürüblər, bu qədər haqsızlıq olmaz. Mənə onların maddi təzminatı maraqlı deyil. Bu işdə cinayət var, həkimlər cəzalandırılmalıdır”.

Elman Əliyev qərardan apelyasiya şikayəti verəcəyini və Baş Prokurorluğa müraciət edəcəyini deyib.

Xatırladaq ki, ötən ilin yayında 3 yaşlı Səkinə Novruzova Ə.A.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına aparılıb. Burada həkim Samirə Orucova uşağı müayinə etdikdən sonra kəskin pankreatit diaqnozu qoyub. Daha sonra körpə Mərkəzi Klinikada bir müddət müalicə alıb. Səhv diaqnoz və müalicə xəstənin vəziyyətini gündən-günə ağırlaşdırıb. İki aydan sonra Rusiya paytaxtının Morozovski Uşaq Kliniki Xəstəxanasında körpəyə dəqiq diaqnoz qoyulub, onda onkoloji xəstəlik aşkarlanıb. Lakin çox gec olduğundan 3 gün sonra körpə vafat edib.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: