Rəşad Quliyevin yeni deleduzlugu, Meyit üzərindən pul qazanan “diasporçu”muz

Оставьте комментарий

20.08.2016 от Admin

13565984_1755818674693920_1636200131_n.jpgXəbər verdiyimiz kimi, Avqustun 8-i Almaniyanın Nürnberg şəhərində Zaur Abdullayev adlı həmyerlimiz gənc yaşda xəstəlikdən vəfat etmişdi. Cənazənin Bakıya göndərilməsinə xərclənəcək lazım olan pulu toplamaq üçün Nürnberg və Köln şəhərlərində kompaniyaya başlanıldı. Nürnbergdə 2120, Kölndə isə 1700 euro pul toplandı. Köln şəhərində pulu toplayan özünü Köln Almaniya Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru kimi təqdim edən Rəşad Quliyev adlı şəxs idi.

Mərhum Zaur Abdullayevin vəfatı günündən başlayaraq Dövlət Diaspora Komitəsinin cənazənin vətənə göndərilməsi işinə biganə qalması kütləvi şəkildə ictimai qınağa səbəb oldu, bu qınaq mediaaya çıxarıldıqdan, sosial şəbəkədə geniş müzakirə olunduqdan sonra Dövlət Diaspora Komitəsi cənazənin Bakıya göndərilməsi üçün iş başlatdı və ayın 10-u cənazə komitənin bir nümayəndəsi vasətəsiylə Bakıya göndərildi.

Dövlət Diaspora Komitəsini tənqid edən yazılardan biri

Göndərilmə işiylə, cənazənin xəstəxanadan alınması, məscidə gətirilməsi, yuyulması, cənazə namazının qılınması daxil olmaqla hava limanına kimi Nürnbergdə yaşayan azərbaycanlılar məşğul oldu.

Nürnberg şəhərində toplanan məbləğə nəzarəti həyata keçirən Nürnbergdə yaşayan 7 nəfərlik komissiya qərara gəldi ki, madam ki, cənazənin daşınması işini Dövlət Diaspora Komitəsi öz üzərinə götürdü, o zaman toplanan məbləğin yarısı mərhumun ailəsinə göndərilsin, qalan hissəsinin bazası əsasında isə Almaniyada Dəyanət vəqfinin nəznində azərbaycanlılara aid cənazə fondu yaradılsın. Almaniyada Zaur kimi kimsəsi olmayan həmvətənlilərimiz vəfat etdiyi zaman cənazəsi yerdə qalmaması və hər dəfə belə bir hadisə baş verdiyi zaman qapı-qapı düşməmək, qəpik-qəpik pul toplamamaq üçün belə bir qərara gəldindi. Bu barədə mərhuun ailəsinə də bilgi verildi.

Nürnbergdə yaşayan azərbaycanlılar

Diqqəti çəkən və qınaq obyektinə çevrilən əsas məqamlardan biri isə digər bir məbləğ Köln şəhərində yığılan pulların aqibəti naməlum qaldı. Nürnbergdə yaşayan azərbaycanlıların „Azad Söz“ə verdikləri məlumata görə, Azərbaycan hakimiyyəti ilə sıx bağlılığı olan Rəşad Quliyev adlı diasporçu Kölndə yığdığı pulların hamısını mərhumun ailəsinə göndərməyib, bir qismini özü tərəfindən mənimsəyib. O ancaq 900 euro pul göndərdiyini bildirir.

Belə ki, o hələ mərhumun cənazəsi Bakıya göndərilməmişdən əvvəl telefon danışığı ilə bildirmişdi ki, o, çağırış edərək Köln şəhərində insanlardan 1700 euro pul toplayıb. Telefon mikrafonda olduğu üçün bu danışığa onlarla başqa adam da qulaq asıb. Danışığa qulaq asan azərbaycanlılar buna görə də haqlı olaraq Rəşad Quliyevdən izahat tələb ediblər. Lakin o, cavab verməkdən boyun qaçırıb.

Mərhumun cənazəsi Bakıya göndərilən gün Rəşad Quliyev Nürnbergə gəlib və Diaspora Komitəsinin nümayəndəsi Elnur adlı şəxslə və digər bir neçə nəfərlə də görüşüb.

Qeyd edək ki, Rəşad Quliyev əvvəllər Azərbaycan hakimiyyətini söyə-söyə Belçikada siyasi sığınacaq almış, sonra Almaniyaya gəlib Azərbaycan hakimiyyətini tərifləyən çıxışlar etdiyi və Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi üçün Avropadan Azərbaycana deportasiya olunmuşdu. Bu barədə 2015-ci ildə mətbuatda da geniş məqalələr yer alıb. Lakin bir müddətdən sonra o, başqa yollar tapmaqla yenidən Almaniyaya qayıtmış və əvvəlki işlərini davam etdirməyə başlamışdır. Həmçinin onu da qeyd edək ki, Rəşad Quliyevin mühacir ticarəti ilə də məşğul olduğu bildirilir. Belə ki, Azərbaycanda əməkdaşlıq etdiyi „viza“ dəllallarının vasitəsilə
Azərbaycandan Avropaya külli miqdarda pul müqabilində qaçqın gətirir, onları Alman miqrasiya xidmətinə təslim edir. Həmçinin məlumata görə, pul alıb işlərini etmədiyi insanlar da az deyil. Bu haqda Azərbaycan xüsusi xidət orqanlarının da məlumatı var. Lakin onun bu əməlinə göz yumur, əksinə arxa-dayaq olurlar. Bu barədə „Azad Söz“ə ciddi sübutlar daxil olub. Növbəti yazıda onları təqdim edəcəyik.

Yazıda adı keçən Rəşad Quliyevin də mövqeyini dərc etməyə hazırıq.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: