I. Əliyev kimin prezidentidir ?

Оставьте комментарий

21.08.2016 от Admin

12540773_774267679384699_8496732034023523301_nƏliyev xalqa zulum vermekde davam edir. Ne xalq Əliyevi ne de Əliyev xalqi  sevir .Bes Əliyev kimin prezidentidir ? Əliyev ona yaltaglanan harinlamiş memurlarin ve birde xalqi aldadaraq Əliyeve xidmet eden muxalif liderlerin prezidentidir. Muxalifet Əliyeve xidmet edir. Xalq hem iqtidar hem de muxalifet terefimden aldadilir.

Ölkədə həyat səviyyəsi aşağı düşdükcə, səfalətin miqyası artdıqca, intiharların sayı da artır. Təəssüflər olsun ki, Azərbaycanda intihar bolluğu yaranıb və kiminsə intihara cəhdi qeyri-adi hadisə kimi qarşılanmır. O qədər intihar xəbərləri eşidirik ki, bunun normal olduğunu qəbul etməyə başlamışıq. Necə ki, korrupsiya xəbərləri, məmur harınlığı, seçki saxtakarlığı adiləşib, insan ölümü da sürətlə adiləşməkdədir.

Ötən gün daha bir intihar xəbəri gəldi. Bu dəfə qocaman müəllim özünü asaraq intihar edib. Bayram Seyidov intihar səbəbini bir dəftərdə yazıb, sonra özünü asıb. Bu barədə Quba Rayon Xaltan kənd icra nümayəndəsi Akif Sultanov məlumat verib. Onun sözlərinə görə, artıq həmin yazılar Quba Rayon Prokurorluğuna təqdim edilib.

Amma əsas fakt budur ki, Bayram Seyidov ölümündən öncə “facebook” profilində status yazıb və ölmüş valideynlərinin şəkilini paylaşaraq “gözləyin, mən də sizin yanınıza gəlirəm” yazıb. Paylaşdığı fotonun üzərində isə “Ümid ölməsin, ümid öldüsə” sözləri yazılıb.

Insana ən çox təsir edən də məhz bu “ümid ölməsin” sözləridi. Bir qayda olaraq hökumət təmsilçilərinin intiharlara münasibəti eyni olur. Intihar edənlərin psixi probleminin olduğunu, ailə zəminindəki münaqişələr görə baş verdiyini söyləyirlər. Çalışırlar ki, kütləvi intiharların əsas səbəbini gizlətsinlər. Bugünə qədər intihar edənlərin əksəriyyəti sosial vəziyyətlə bağlı olub. Intihara cəhd edənlər, kredit borcu olanlar, ailəsini saxlaya bilməyənlər, müalicə üçün pul tapmayanlardı. Hətta məktəbli çantası olmadığı üçün, təhsil haqqın ödəyə bilmədiyinə görə ali məktəbdən kənarlaşsırıldığına görə intihar edənlər də olub.

Bu qocaman müəllim isə intihar etməzdən əvvəl “ümid ölməsin, ümid ölərsə” yazılmış foto paylaşıb. Deyirlər, ümid axırda ölür. Amma bu ölkədə elə bir mənzərə yaranıb ki, ümidin ölümü də adiləşib. Insanların sabaha ümidi yoxdur, heç bir müsbət gözlənti qalmayıb. Adamlar bu ölkədən asanlıqla köçüb, o biri dünyaya pənah aparırlar. Bu ölkədə ölüm yaşamaqdan daha çox arzulanır.

Axı niyə bu ölkədə intihara bu qədər təlabat yaranıb? Niyə bu ölkədə ümid də ölməyə başlayıb? Bu ölkədə əksəriyyətin dilindən “onsuz da düzələn deyil” ifadəsini eşitmək mümkündür. Bəli, insanlar əyrilərin düzələcəyinə inamırlar. Uzun illərdi heç nəyin düzəlməyə doğru getmədiyini görürlər.

Insanlar ehtiyac içindədir, zəruri tələbatları ödəmək mümkün olmur, ən xırda arzular böyük problemə çevrilib. Məhz buna görə həyat bozlaşıb, yaşamaq eşqi ölüb, ümidsizlik insanların canına daraşıb.

Bu ölkədə vətəndaşa müsbət impuls verən heç nə qalmayıb. Yıxılan vətəndaş arxasında dövləti görə bilmir, insanlar hökumətin heç bir dərdə dərman olmayacağına əmindilər.

Bəli, altı-üstü sərvət olan bir ölkə vətəndaş üçün arzuolunmaz hala düşüb. Son 23 ildə bu dövlətin sərvətləri yalnız bir qrup insana xidmət edib, vətəndaş öz ölkəsində qərib kimi yaşayıb.

Intiharların kütləviləşməsi, intihar edən müəllimin “ümid ölməsin, ümid ölərsə” yazması da ölkənin qaranlığa sürüklənməsinin nəticəsidir.

Bütün müsbət dəyərləri öldürdülər, indi də ümidin qatilinə çevrilməkdədilər.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: