Mənim XALQIM!!! 1. Hərə bur yol tutdurmuş gedir….

Оставьте комментарий

28.08.2016 от Admin

10416613_102782990114789_4331107333394359700_n.jpgEy, vətən oğlu, yolçu qardaş, dayan, bir ayaq saxla! Nəfəsini dər! Haraya baş alıb gedirsən? Haraya tələsirsən? Dur, öncə hardan gəldiyini öyrən, kim olduğunu dərk et, sonra haraya gedəcəyini düşün və qərar ver! Hardan gəldiyini bilmyənlər, kim olduqlarını bilməzlər. Kim olduqlarını bilməyənlər ise haraya gedəcəklərini də bilməzlər. Düşmənlərimiz əsrlərdir öz qorxulu röyalarını unudurlarmışcasına bizim hardan gəldiyimizi bizə unutdurmağa, bizi manqurtlaşdırmağa çalışmışlar. Bu günün sapı bizdən kimi görünən diktatorları da kimliyimizi bizə unutdurub, gedəcəyimiz yolu şaşırtmağa, bizi fərdləşdirib bir istehlakçı və istehsalçı kimi idarə etməyə, öz mənfur səltənətlərini sürdürməyə səy edirlər. Bununla sabahımızın günəşini söndürərək bizdən gələcəyin ruhsuz, duyğusuz bir toplumunu yaratmağa çalışırlar. Aman günüdür, atalarımızın, babalarımız getdiyi yoldan dönməyin, onların ləpirlərinin qəyb olmasına imkan verməyin! Yoxsa babalarımızın ruhu bizdən inciyər! Unutmayın, babalarımız ulu babalarımızın qoyduqları ləpirlərlə irəli getmişlər, öz ayaqları yer tutandan sonra gələcək nəsillər üçün öz ləpirlərini buraxmışlar. Çünki yol səcərədir, kökdür, soydur, nəsildir. Yoluna davam etmək elə keçmişinə sahib çıxmaqdır, kökünü bilməkdir, soyunu tanımaqdır. Gələcək nəsillərə dəyər verməkdir.
Babalarımız seçdikləri yolu yaxşı bilmişlər, o yola inanmışlar, o yolu „HAQQ“ bilmişlər, o yola haqq demişlər, o yola „O yol haqqı!“ deyə and içmişlər. O yola baş qoymuşlar, o yol uğrunda vuruşmuşlar, bəzən kəllə qoltuqda savaşmışlar, lazım gələndə ölmüşlər də… Çünki yol sabahdır, sabah üçün, gələcək nəsillər üçün qurban vermişlər, qurban getmişlər. Qurbandan öncə niyyət edərlər, sonra qurban verərlər. Niyyət elə yolun özüdür. O yolu da niyyət bəlirlər. Elə ona görə də yol da niyyətdir və yolla niyyət düz mütənasibdir. Bunu babalarımız əməlləri ilə, həyatlatı ilə sübut etmişlər.                                                                           Firudin Dugi

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s

%d такие блоггеры, как: