Mənim XALQIM!!! 2. Yol haqqı

Оставьте комментарий

28.08.2016 от Admin

13177368_204053493321071_505890759666286704_n.jpgYəməndən gələn acı qəhvəyə qırx il xətir qoyan babalarımız yeddi addım yolun, bir udum suyun haqqı olduğunu özəlliklə vurğulamışlar. Atalarımız qonaqı astanada duz-çörəklə qarşılamışlar. Bu „duzumuz, çörəyimiz sizə halaldır“ mənası daşımışdır. Elə astanada da qonaq çörəkdən bir tikə qırıb duza batırıb ağzına qoyar, bu da qonağın halallığı qəbul etdiyinin əlamətidir. Niyə məhz çörek? Çörək çox əziz, qiymətli birnemətdir. Heç təsadüfü deylik ki, „allah heç kimsəni çörəklə imtahana çəkməsin“ deyirik. Çörəyi Qurani-kərim kimi qurşaqdan yuxarı tutarıq, and içəndə, „quran haqqı“, „çörək haqqı“ deyərik. Xalqımızın bu ritualının, ayininin gizli bir yəmin, and içmə mərasim olduğunu da söyləyə bilərik. Çünki atalarımız hər adamla duz-çörək kəsməmişlər, kəsdikləri duz-çörəyi də qədrini bilmişlər, yüksək qiymətləndirmiş, uca tutmuş, hörmətlə anmış, heç zaman da unutmamışlar. Böyük səhvləri, xataları, bəzən də düşmənçilikləri o duz-çörək xatirinə əfv etmişlər. Insanlar arasındakı anlaşılmazlıqlar bir yəminlə „kəsdiyimiz duz-çörək haqı!“ deməklə çözülürmüş.
Insanlarımız arasında sayğı-sevgı əlamətinin təzahürü olaraq bir-birilərini görəndə hörmətlə salamlaşmaqdır. Bu quruca formalitet olmayıb, həqiqi sevginin nümayişidir. Məhz buna görə də verdiklərin salamın qədrini bilərdilər, yüksək qiymətləndirərdilər. And içəndə „haqi-salam haqqı“ deyərdilər. Lazım gələnde o haqqı-salam xatirinə çox şeydən vaz keçərdilər.
Bunlar kimi babalrımız „bir qurtum suyun , yeddi addım yolun haqqı vardır“ deyərlər. Su ilahi bir nemətdir, həyat mənbəyidir. Ehtiyacın olduğu bir udum suyun haqqını unuda bilməzsən. Bu bizim xalqımızın qədirbilənliyindən, minnətdarlıq hissinin böyüklüyündən irəli gəlir. Bəs yol, yol haqqı?                                                                                                                          Firudin Dugi

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s

%d такие блоггеры, как: