Mənim XALQIM!!! 4. Yol böyüyündür.

Оставьте комментарий

28.08.2016 от Admin

13083123_194277254298695_4818537401622528984_n.jpgBabalarımız demişlər ki, dağ nə qədər uca olsa, üstündən yol salınır. Dağ nə qədər yüksək olsa, üstündən yol keçər. Qürurla övladlarına nəsihət etmişlər, nə qədər böyük olsa da, bütün çətinliklər aradan qaldırılır. Düşmən nə qədər güclü olsa da, yenilir. Əsas olan əzm və iradədir. Deməli yol əzmdir, yol iradədir.
Bəzən insan yanlış zamanda, yanlış yanlış yerdə olduğu üçün yanlış yola da çıxır. Amma zamanında durmağı bacarın, ziyanın yarısından dönmək də kardır. Iş işdən keçəndən sonra ağıl verən çox olacaq. O zaman verilən ağıl heç bir yırtığa yamaq olmaz. Son peşimançıliq fayda verdiyini hələ kimsə görməmiş. Babalarımız zərərin harasından dönərsən kardır, demişlər. Yəni yol yaxınkən dön geri. Insanlar yanlışları üzərində öyrənirlər, demişlər. Amma bu hər birimizin eyni yanlışları sıra ilə eləməyimiz mənasına gəlmir. Bunun önləmək üçün babalarımız yaşadıqlarıdan, eşitdikləridən, gördüklərindən müdrüklüklə çıxartdıqları nəticələri hikmət halında bizə sunmuşlar.
Yol nicatdır, yol çıxışdır. Düşmən nə qədər hiylə bilmişsə də, babalarımız ondan artıq yol tapmışlar. Düşmənə məğlub olmamaq üçün bütün çarələrə əl atmışlar. Yol çarədir.
Babalarımız „su kiçiyin, yol böyüyündür“ demişlər. Ortaya gələn su birinci uşağa təklif olunar. Uşaq içib doyandan sonra böyüklər içərlər. Böyük ayağa qalxdısa, hər kəs qalxar, ehtiramla yol verər, yol göstərərlər. Yol böyüyündür. Cünki biz babalarımızın yolu ilə gedirik. Biz bu yolu babalarımızdan miras almışıq. Bu yol babalarımızın yoludur. Yol mirasdır. Biz bu yolu balalarımıza da miras buraxmaliyiq. Ona görə tutduğunuz yola fikir verin. Babalarımız tutduqları yola baş qoymuşlar. Baş qoyduqları yola can qoymuşlar. Ölmüşlər, getdikləri yoldan dönməmişlər.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s

%d такие блоггеры, как: