Elnur Məcidli: Rafiq Tagını MTN polkovniki Akif Çovdarov tərəfindən öldürülübdür

Оставьте комментарий

05.01.2016 от Admin

timthumb1Rafiq Tağını kim öldürdü sualına isə açıq şəkildə cavab verirəm:
Hacı Məmmədovun dəstəsi ifşa olunana qədər ölkə daxilindəki sifarişli qətlləri çeçenlərin əliylə bu qrup həyata keçirirdi, Ziya Bünyadovun qətli bunlardan biridir.
Hacı Məmmədovun həbsindən sonra isə bu iş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Akif Çovdarovun başçılığındakı Gürcüstan qruplaşmasına tapşırılıb.
Elmar Hüseynov cinayətini icra edənlərdə məhz sonuncu qruplaşma idi.
Rafiq Tağının ölüm əmrini icra edənləri tapmaq üçün ilk növbədə Akif Çovdarovu cinayət məsuliyyətinə cəlb etmək lazımdır, o da hazırkı rejimlə qeyri-mümkündür.
Ümumiyyətlə ,Azərbaycanda hazırda  mövcud olan hakimiyyətin getməsindən sonra bir çox qaranlıq qalmış cinayətlərin üstünün daha asanlıqla açılacağına əminəm.
Rafiq Tağının ölümü də bu cinayətlərdən biridir.
Sonda Rafiq Tağının ölümünə təəssüfləndiyimi bir daha qeyd etmək istəyirəm.
Rafiq Tağı öz məqaləsiylə cəmiyyəti bir dəfə parçalamışdı, ölümüylə ikinci dəfə parçalamasına isə daha çox təəssüf edirəm…
timthumb
Elnur Məcidli

Оставьте комментарий